Milli Kitabxanada "26 iyun - Silahlı Qüvvələr Günüdür" sərgisi

 

 

İyunun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "26 iyun - Silahlı Qüvvələr Günüdür" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycanın ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablardövri mətbuat materialları nümayiş olunur.

Xatırladaq ki, tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Sərgi bir həftə davam edəcək.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.5.