Siseronun Katilinaya qarşı oyunu   

 

SİSERON - NATİQLİYİN SİNONİMİ

 

 

 

(Əvvəli ötən cümə sayımızda)

Siseron, adətən, kimsə onu təhqir etməyə cəhd göstərəndə, bunu olduqca soyuqqanlılıqla qarşılayırdı. O, sadəcə olaraq dedi: “Afrikalılar məsələni hazırlamışlarmı?” Piy cavab verdi ki, onlar bunu edəcəklər və Romaya nümayəndə heyəti göndərmişlər ki, yararlı bir ittihamçı tapılsın.

Siseron dedi ki, ancaq Katilina gələn il konsul seçilməyə çalışır. Piy sinəsinə vurub qışqırdı: “Konsul? Serci Katilina konsul olmayacaq, nə gələn il, nə də hansısa bir il; şəhərdə elə adamlar olmalıdır ki, onu ölənə qədər ədalət məhkəməsinə gətirə bilsin. Mən o qədər dəli deyiləm ki, Romada necə döyüşmək lazım olduğunu yaddan çıxarım. Pretor, sən əmin ol, təqvimində kifayət qədər vaxt keçdikdən sonra baş verəcək hadisəni eşidəcəksən”.

Piy ona dedi ki, gərək quşbeyin olasan ki, sənə qarşı ittiham irəli sürüləndə, qanunsuz olaraq seçilməyə can atasan. Mən öz ömrüm boyu onunla mübarizə aparacağam. Piy öz sözünün üstündə durub, keçmiş qubernatorun fəaliyyətinin yoxlanılması barədə Senata qətnamə təklif etdi. Heç kəs belə təhlükəli opponentlə çox riskli olan bir mübarizəyə girməzdi. Çünki nəzərə almalı idi ki, bir gecə Tibrdə üzü aşağı üzmək kimi arzu olunmayan vəziyyətə düşə bilər. 

Siseronun Katilinaya qarşı oyunu

Pretor müddəti bitdikdə Siseron bir illiyə xaricə göndərildi ki, orada əyalət qubernatoru işləsin. Kilikiyada qubernatoru vəzifəsini icra etmək üçün o, Kappadokiyaya yollandı.

Bu vaxt Romada da mühüm hadisələr baş verirdi. Konsul kimi Qney Pompeyin ilk hərəkəti tribunların veto hüququnu bərpa etməsi idi.

Siseron isə gələcəkdə qorxulu rəqib, əslində, düşmən olan Katilina ilə qarşı-qarşıya gələcəkdi. Katilinanın bədbəxtlikdən həm də xeyli populyar olmasının səbəbi soruşulanda, Siseron bildirmişdi ki, təhlükəli adamlar daim özünə tərəfdarlar dəstəsi cəlb edirlər. Əgər bu küçə camaatı üçün sadə məsələdirsə, o, daha az təhlükəni təmsil edir. Bu, bir faktdır ki, Katilina həmçinin, geniş aristokrat dəstəyinə malikdir.

Katilina barədəki Afrika ilə əlaqədar olan məsələ hələ də öz mənfi və ya müsbət həllini tapmamışdı. Nəhayət, konsul Klodi Pulxer öz qərarını açıqladı: “Mən Publi Klodi Pulxer, konsul Appi Klavdi Pulxerin oğlu, birbaşa xətt üzrə səkkiz nəsildə konsulların nəvəsi olmaqla, bu səhər belə qərara gəldim ki, əvvəllər Afrikada etdiyi cinayətlərə görə Serci Katilinaya qarşı məhkəmədə iddia qaldırım”. “Mənim əcdadlarım və allahlar bu əməlimə xeyir-dua verəcəklər və onu bəhrəli bir nəticəyə gətirəcəklər”.

Siseron özünü mütləq qaydada inandırmışdı ki, bu vaxt o, Katilina ilə konsulluq üstündə mübarizə aparacaqdır. O bilirdi ki, iyun ayına qədər Katilinanın işinə baxılması şansı yoxdur və bu, onun həmin ili konsul seçilməyə namizəd olmasını mümkünsüz edir.

Bəs Katilina təqsirkar bilinsə və sürgünə göndərilsə, necə olacaqdır? Romadakı qulların da hər biri bilir ki, bu adam öz doğma bacısının da məşuqu olmuşdur. Siseron deyirdi ki, şansa malik olan bir adam kimi onun özü Katilinanı əzəcəkdir. Onu məhkəmədə udmaq, səsvermədə udmaqdan asan olacaqdır.

Siseron qəflətən elan etdi ki, o, Katilinanı müdafiə edəcəkdir: “Mən cəhənnəmin bu ən qara şeytanını, əgər onun vəkilə ehtiyacı olsa, müdafiə edəcəyəm”. Bu sözlərə təəccüblənənlərə isə belə cavab verirdi: “Mən yeni adamam və konsul olmağı axtarıram. Bura Romadır. Burada özümdən başqa, heç kəs mənə kömək etməcəyəkdir. Roma filosofların əsərindəki hansısa mücərrəd yer deyildir, onun şərəfi zibil çayının üstündə qurulmuşdur. Beləliklə, mən əgər bu zəruri olsa, Katilinanı müdafiə edəcəyəm və sonra mən onu bacardığım qədər tez şəkildə məğlub edəcəyəm. O da eyni şeyi mənə qarşı edəcəkdir. Bu, bizim yaşadığımız dünyadır”.

Proses özünün müxtəlif səhnələrindən keçməli idi, jüri seçilmişdi. İyulun son həftəsində mühakimənin başlanması qərara alınmışdı. Katilina Siserondan xahiş etdi ki, onu müdafiə etsin. Siseron dedi: “Və beləliklə, balıq qarmağa düşmüşdür”. Bu vaxt Terentsiya doğum ərəfəsində idi, ərinə dedi ki, özünə kəniz tutsun.

Siseron zəhləsi getdiyi iki nəfəri nəzərdə tutaraq deyirdi ki, Romanın ən yaxşı ailələri arasında qarşılıqlı nikahlar bu iki əclafı meydana gətirmişdir. Onlar Katilina və gənc Klodidir.

Katilina Siseronu sakitləşdirmək üçün dedi ki, sən fikir vermə, jüri barədə özüm qayğı göstərəcəyəm. O isə bildirdi ki, bir müdafiəçi vəkil kimi sənə deyirəm ki, səni ittiham edəni öldürsən, bu, çox ciddi səhv olacaqdır. Həm də o düşünürdü ki, ancaq bu cütlüyün işləri yaxşı getsə, biri digərinin ardınca öz düşmənlərini öldürəcəkdir.

Terentsiya doğurdu. Siseron Tulliya anadan olanda təşvişdən qurtulmaq üçün evdən getmişdi. İndi isə dostlarına məktubla bildirdi ki, sizə xəbər verməyi özümə şərəf duyuram ki, mən kiçik bir oğulun atası oldum. Terentsiya da yaxşıdır.

O, elə bir günü arzulayırdı ki, nə vaxt konsul olacaqdır. Pıçıltı ilə dedi: “O vaxt sən konsul Mark Tulli Siseronun oğlu Mark Tulli Siseron olacaqsan. Görürsən, necə səslənir?”

Katilina həmin gün Siseronu gözləyirdi. Onun oğlu olduğunu eşitmişdi. Əlini hərarətlə sıxmaqla onu təbrik etdi.

Onlar bir-birinə vəhşi heyvanlar kimi baxırdılar, sürünən ilanlar kimi bir-birinə dolaşırdılar. O, sənədləri qutuya qoyub Katilinaya qaytardı: “Mən qorxuram ki, onları qəbul edə bilmərəm”.

Katilina:

- Çünki sən vəkilimsən və vəkillər haqq ala bilməzlər.

Siseron:

- Mən gəlmişəm, sənə deyim ki, sənin vəkilin olmaq istəmirəm. Çünki sən əvvəldən təqsirkarsan. Sən pozulmusan, hələ bütöv başqa şeylər də vardır. Sən qabaqcadan hökmü satın almısan və mən bu oyunda iştirak etmək istəmirəm ki, sənin bir hissən olan özümü, həm də başqalarını - arvadımı, qardaşımı, indi daha vacib olan oğlumu, çünki o, hələ nəyisə anlamaq üçün kifayət olan yaşa malik deyildir, - inandıra bilmərəm.

Katilina dedi:

- Sən düşünürsənmi ki, bunun mənim üçün heç bir nəticəsi olmayacaqdır, lakin özün üçün hansısa nəticəsi olacaqdır? Bu, mənim üçün əhəmiyyət kəsb etmir ki, kim mənim vəkilim olacaqdır. Mənim üçün heç nə dəyişmir. Mən bəraət alacağam. Lakin sən isə indi mənim dostluğumun əvəzinə mənim düşmənçiliyimə malik olacaqsan.

Siseron çiyinlərini çəkdi:

- Mən, əgər bu qaçılmazdırsa, bəzi adamların düşmənçiliyinə malik olmağı seçirəm. Mən buna dözəcəyəm.

Katilina və Siseron bir-birlərinə sadəcə arxalarını çevirdilər, bu, ənənəvi olaraq düşmənçilik siqnalı demək idi.

Katilinanın məhkəməsi. Siseron yeni kampaniyaya başlayır

Siseronun həyatının qayğılı dövründə Katilinaya düşmən olmaqdan peşman olmuşdu. O və Katilina birlikdə konsul ola bilərdilər, bu vaxt onun ali imperium barədəki arzusu puç olacaqdı.

Katilina məhkəməyə ənənəvi olaraq köhnə aristokrat mühafizəçiləri Katul, Hortensi, Lepid və yaşlı Kurio ilə gəldi. Jüri rüşvət almışdı, lakin Katilinanın Afrikadakı davranışı barədəki məlumatlar onları xeyli silkələmişdi. Klodi Katilinadan və onu dəstəkləyənlərdən gələn zərbədən qorxub, şəhəri tezliklə tərk etmiş, uzaq Qalliyaya qaçmışdı.

Siseron göz yaşları içərisində Terentsiyaya, Tulliyaya və Marka əlvida deyib, öz böyük kampaniyasını aparmaq üçün Şimala yollandı. O, Flamini yolu ilə gedirdi. Demosfen kimi öz nitqini yaxşılaşdırmaq üçün ağzına daşlar qoyub, çıxışa başlamasını nümayiş etdirməyə cəhd edəndə, özünə gülürdü. Siseron böyük şəhər barədə deyirdi ki, “Roma çaylarla və ya dağlarla və ya hətta dənizlərlə müəyyən olunmur; Roma qan, irq və ya din məsələsi də deyildir; Roma idealdır. Roma, bəşəriyyətin on min illər boyu, bizim əcdadlar həmin dövrdə dağlardan enib, qanunun qaydası altında icmalar şəklində necə yaşamağı öyrənmişdilər, azadlıq və qanunun ən yüksək təcəssümü idi. Hər bir adam öləndən əvvəl bir dəfə Romanı görməlidir”.

Epikurianlar heç də ümumən dəyişilmiş ağıla malik deyildilər. Onlar dəbdəbəli həyatı axtaranlar kimi, əslində, həqiqi mənada yunanların ataraxia adlandırdıqları qarışıqlıqdan azadlıq axtaranlar idilər.

Siseron güman edirdi ki, Krass Katilinaya səs verəcəkdir. Attik ona etiraz edib bildirdi ki, “O, onlara arxalanır. Sən bilirsən, mən nə deyirəm. Onları maliyyələşdirir. Onlar bütün seçkini satın almaqla, Lentul kimi hərəkət edirlər”.

Məlum idi ki, Hibrida və Katilina - həmin məxluqlar hər bir normal şəkildə keçirilən seçkilərdə namizəd olmayacaqlar. Sezara gəldikdə isə o, Krassın pullarından istifadə edir. 

Siseron ümidlərlə yaşayır

Siseron tələ barədə düşünüb, onu tapdı. O, öz düşmənlərini də dəyişməli oldu. Fiqulun qanun layihəsinə düzəliş verməyi təklif etdi: “Xahiş edən hər bir adam və ya xahiş etmək imkanı axtaran və ya zəmanət vermək səbəbi tapan hər bir vətəndaşdan ibarət olan seçicilər, pul ilə səs verdiklərinə görə onillik sürgün cəzasına layiq görülməlidir”.

Siseron fatalist idi: “Əgər sənə istədiyin verilsə, sən it olacaqsan”. O bilirdi ki, 8 min səs ona 20 milyon sestertsiyə başa gələcəkdir. Krass 20 milyon xərcləməyəcəkdir ki. sadəcə mənim ümidlərimi pozsun. O, yalnız nəhəng gəlir götürmək naminə 20 milyon pul qoya bilər.

Ən ağır olan anlarda Siseron evinə qayıdanda küçədəki tərəfdarlarına qapısını bağlayır və nəhayət, Tulliya ilə oynamağa cəhd edirdi. Hətta bu vaxt Terentsiya aşağı düşüb, balaca Markı ona göstərirdi ki, artıq körpə kiçik addımlarını atmağı öyrənmişdir.

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2019.- 16 mart.- S.22.