"Biz gələcəyin tamaşaçısını yetişdiririk"   

 

 

Müsahibimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir.

- Rəşad müəllim, son günlərdə incəsənət xadimləri prezidentlə görüşdübu görüşün teatr adına da müsbət nəticələri oldu. Kukla Teatrı bu nəticələrdən necə yararlandı?

- Ümumiyyətlə qeyd edim ki, bu və elə bundan öncə də incəsənət xadimlərinə, bu sahədə çalışanlara diqqət və qayğı, dövlətin münasibəti yüksək səviyyədə olub. Konkret olaraq, sonuncu məlum görüşə gəlincə, bu, ən xoş sözlərə layiq hadisə idi. Düşünürəm ki, ölkə başçısının mədəniyyət və incəsənət xadimlərinə, ümumilikdə ölkənin mədəniyyət siyasətinə diqqətinin ən yüksək göstəricisidir. Görüşdən sonrakı qərarlar da bunu sübut etdi.

Əgər söhbət sırf Kukla Teatrından gedirsə, biz hər zaman dövlətin, müvafiq qurum olan Mədəniyyət Nazirliyinin qayğı və dəstəyini görmüşük. BizKukla Teatrı olaraq, düşünürəm ki, bu şəraitdən lazımınca istifadə edə bildik. Yəni əgər bu gün dünya üzrə ən tanınmış üç beynəlxalq festivalın - "Subbotnik", Kukard, "Obraztsov" - ikisində yüksək səviyyədə çıxış etmişiksə, bunun özü böyük bir uğurdur. Dünyada kuklaçılıq üzrə ən yaxşı festival sayılan "Obraztsov" festivalı artıq bizi yol xərcləri də daxil olmaqla, bütün xərcləri öz boynuna götürərək dəvət edib. Bundan öncə isə sevindirici haldır ki, tamaşamız konkurssuz festivala qatılıb. Bu gün üzağlığı ilə deyə bilərik ki, son on ildə biz 17 ölkədə beynəlxalq festivalda olmuşuqbu festivallarda Azərbaycanın kukla sənətini layiqincə təmsil etmişik. Son qərara gəldikdə, bilirsiniz ki, bu qərar çoxdan arzulanan və gözlənilən qərar idi. Cənab prezidentin qəbulunda olan həmkarlarımızın dediyi kimi, doğrudan da, teatrlarda işləyənlərin əmək haqqı az idi. Və cənab prezidentimizhiss olunacaq dərəcədə artım sərəncamını verdi. Digər tərəfdən fikirləşirəm ki, bu, həm də çox böyük bir məsuliyyətdir. Yəqin ki, biz bu məsuliyyəti də hiss edib, öz işimizdə daha aktiv olmalıyıq.

Həmçinin, teatrların texniki vəziyyətinin yaxşılaşdırılması üçün onlara müəyyən məbləğlər ayrıldı. O maliyyə yardımı bizim üçün də ayrıldı. Diqqət və qayğıya görə cənab prezidentə təşəkkür edirik.

- Bir neçə il öncəyə qədər Kukla Teatrı orta təhsil müəssisələri ilə sıx əlaqədə idi. Tez-tez məktəblərdə səhnəciklər qurur, tamaşalar hazırlanırdı. Təhsil Nazirliyi ilə yenidən bu əlaqələrin bərpası üçün bir layihə həyata keçirmək olarmı?

- Səhv etmirəmsə, bu, 1996-cı ildə verilmiş bir qərar idi. Bu qərar digər tərəfdən, bizim məsuliyyətimizi artırdı. Artıq Kukla Teatrı heç bir məktəbdən, heç bir bağçadan xahiş etmir ki, gəlib orda tamaşa göstərsin. Əlbəttə, belə bir şərait yaradılsa, daha yaxşı olardı, ancaq bugünkü gün məktəblərin artıq özləri şagirdləri teatra gətirmək üçün addımlar atırlar. Gəlib kassadan bilet alıb, uşaqları teatra gətirirlər. Bu da hesab edirəm ki, Kukla Teatrının uğurlarından biridir. Biz teatr olaraq, gələcəyin tamaşaçısını yetişdiririk. Buna görə də ümumən götürülsə, düşünürəm ki, bizim bu əlaqələrimiz bərpa olunsa, teatrımız üçündaha yaxşı olar. Çünki bizim tamaşaçılarımız əsasən bağçaibtidai sinif uşaqlarıdır.

- Bu gün Universiteti bitirən rejissor və aktyorların ilkin seçimi böyük teatrlar olur. Bəs onların Kukla Teatrına münasibətləri necədir?

- Mən deməzdim ki, bizim teatra gənc kadrların marağı digər teatrlardan daha azdır. Düzdür, gənclərimiz universitetə qəbul olanda özlərini daha çox böyük teatrlarda, kinoda görürlər. Ancaq oxuduqları müddətdə, ya da təcrübə zamanlarında əgər Kukla Teatrına düşürlərsə, elə burada da çalışmağı arzulayırlar. Biz o baxımdan korluq çəkmirik. Bu sahədə bizim korluq çəkdiyimiz yeganə məsələ budur ki, indiyə qədər universitetdə kukla teatrı rejissoruaktyoru fakültəsi, ya da heç olmasa, kursu yoxdur. Düşünürəm ki, bu sahədə də uğurlarımız var. Çünki bu ildən teatrımızın baş rejissoru Qurban Məsimov İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətə başlayıb. Fikirləşirəm ki, qısa müddətdə bu məsələmiz də həll olunacaq. Aktyorlarımız səhnəyə çıxana kimi çox uzun yol keçirlər. Kukla Teatrına hər aktyoru qəbul etmək olmur. Burada çalışan aktyorun birinci plastikası olmalıdır. Tək bizim teatra aid deyil bu. Kukla teatrlarının kadrları sənət baxımından elə teatrların özlərində yetişirlər.

- Aktyor hansı mərhələlərdən sonra belə desək, səhnə üçün hazır hesab olunur?

- Öncə aktyor uzun müddət studiyada fəaliyyət göstərir. Bu müddətdə ancaq kukla sənətilə tanış olur. Sonra bir neçə tamaşada köməkçi rollar, kuklaçı dililə desək, "əl kimi" çıxış edir. Burada onun heç bir sözü, çıxışı olmur, sadəcə kukla idarə edir. Bütün bunları öyrənəndən sonra isə səhnəyə çıxmağa hazır hesab olunur.

- Bəzi teatrşünaslar teatr direktorlarının onları buraya cəlb etməkdə maraqlı olmadıqlarını iddia edirlər. Bu fikirlərə münasibətiniz necədir?

- Öz adımıza əminliklə deyə bilərəm ki, hazırda fəaliyyət göstərən teatrşünaslar və mədəniyyət yazarlarının tanıdıqlarımızın hamısı ilə demək olar ki, əlaqələrimiz var. Tamaşalarımızın daxili baxışı və ya premyerasında istər mətbuat vasitəsilə, istərsə də, şəxsən hər birini dəvət edirik. Təəssüf ki, son 7-8 ildə heç bir teatrşünas buraya üçün müraciət etməyib. Özümüz cəlb etmək istəyəndə də onlar buradakı əmək haqqının azlığından şikayət edirlər. Bununla belə, biz hər zaman çalışırıq ki, onlar digər teatrlar kimi bizim də tamaşalarımızı gəlib yazsınlar, işıqlandırsınlar. Əgər Kukla Teatrıdır deyə, onlar buna maraq göstərmirlərsə, bu, bizim problemimiz deyil. Digər tərəfdən də ola bilər ki, onlar universitetdə kuklaçı sənətini öyrənmədiklərindən bu teatrın tamaşalarını təhlil etməkdə çətinlik çəkirlər. Amma onların bizim teatra gəlməsi, onlardan çox bizə lazımdır.

- Tamaşa seçimi, tamaşaların repertuarda qalıb və ya çıxarılması nəyə əsasən tənzimlənir?

- Xüsusən, tamaşaçılarımızın istəyilə. Kukla Teatrı elə bir teatrdır ki, əgər bizim tamaşamızın hansısa xoşa gəlmirsə, o, uzun müddət repertuarda qalmır. Biz açıq kassaya işləyən teatrıq. Əsər seçimlərimizin çoxu da uşaqlar arasında sorğu ilə olur. Bizim işimizdəki çətinlik odur ki, tamaşa həm valideynin xoşuna gəlməlidir, həm də uşağın. Bu baxımdan biz repertuarımıza əlavə həssaslıqla yanaşırıq.

- Hazırda repertuarda hansı tamaşalar varyeni hansı əsərlər hazırlanır?

- Bir neçə gün öncə "Kəloğlan" tamaşasını təhvil verdik. Bu, bizim bu il üçün ikinci tamaşamız idi. Bir tamaşamız da böyüklər üçün hazırlanır. Xalq artisti İlham Namiq Kamalın iştirakı ilə. Bu tamaşa da yəqin ki, təxminən bir ay müddətinə hazır olar. Bundan başqa, Mədəniyyət Nazirliyinin sifarişiylə "Kitabi-Dədə Qorqud" dastanları əsasında tamaşa hazırlayacağıq. Vaxt etibarilə çalışarıq ki, dekabr ayına kimi heç olmasa, hətta plandan kənar 4-5 tamaşa təhvil verək.

- Rəşad müəllim, festivallar, qastrol səfərləri teatrın inkişafına təkan verən amillərdəndir.

- Əlbəttə. Bilirsiniz ki, biz bu il artıq iki festivalda iştirak etmişik. Daha iki festivala dəvətliyik. Tatarıstanın Kazan şəhərindən aldığımız iki dəvəti ayrı hesablasaq, deməli, üç festivala dəvətliyik. Orada həm "Novruz" teatr festivalına, həm də oktyabrdakı üçüncü "Kukla Teatrı" festivalına dəvət almışıq. Əlavə olaraq, mən Qətərdə və Misirdə keçiriləcək teatr festivallarına fəxri qonaq, münsiflər heyətinin üzvü kimi dəvət almışam.

- Dörd ildir ki, binanızı Yuğ Teatrı ilə müştərək istifadə edirsiniz. Bu illər ərzində iki fərqli teatr olaraq, qarşılıqlı münasibətləriniz necə idi?

- Yuğ Teatrı heç zaman bizim yerimizi dar etməyib. Bir binada iki teatrın yerləşməsi heç problem deyil. Əgər onlar sırf yaradıcılıqla məşğuldurlar aralarında qarşılıqlı yaradıcılıq münasibətləri varsa. Yuğ Teatrı çox gözəl teatrdır ikimiz yaradıcılıqla məşğul olduğumuz üçün bir-birimizə mane olmuruq.

- Uşaq teatrları olaraq, sizdən başqa Bakı Uşaq Teatrı və beş kukla teatrı da fəaliyyət göstərir. Onlarla münasibətləriniz, yaradıcılıq mübadilələriniz, təcrübə alış-verişləriniz necədir?

- İstər festivallarda iştirakda, istər hansısa tamaşaların hazırlanmasında bizə müraciət olunursa, biz tərəfdən dərhal kömək olunur. Tək bu teatrlar deyil, bilirsiniz ki, mədəniyyət naziri bölgələrimizdə görüşlərdə olanda ona orada kukla teatrları yaratmaq üçün müraciətlər olunur. Onlar da bizə yönləndirilir və biz həmin teatrı yaratmaq istəyənlərə lazımınca dəstək oluruq. Abdulla Şaiq adına Kukla Teatrı bu teatrların mərkəzi hesab olunur. Buna görə də onlara dəstək olmaq bizim həm də vəzifə borcumuzdur. Dəfələrlə olub ki, Salyan Teatrı, Qax Dövlət Kukla Teatrı kimi teatrlar var ki, istər kukla hazırlanmasında, istərsə də, festivallar məsələlərində bizə müraciət ediblər və biz də onların yanında olmuşuq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 mart.- S.7.