Ümid Nəccaridən "Qaranlığın fotosu"

 

 

Gənc şair Ümid Nəccarinin "Qaranlığın fotosu" adlı, sayca üçüncü kitabının "Akademkitab" kitab evində təqdimat mərasimi və imza günü keçirilib.

 

Tədbirdə ziyalılar, yazıçılar, şairin qələm dostları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan yazıçı Kənan Hacı qonaqları salamlayaraq Ümid Nəccari yaradıcılığından bəhs edib, şairin şeirlərinin özünəməxsusluğundan danışıb.

Sonra kitabın məsləhətçisi, şair  Səlim Babullaoğlu, tənqidçi Cavanşir Yusifli, əməkdar jurnalist Azər Həsrət, şair, telejurnalist Elçin Mirzəzadə, millət vəkili Sona Əliyeva, telejurnalist Azər Qismət, yazıçı Günel Eyvazlı, şairlər Fərid Hüseyn, Dalğa Xatınoğlu, İntiqam Yaşar, Fuad Cəfərli və başqaları çıxış edərək şairin yaradıcılığı haqqında fikirlərini söyləyərək şeirlərindən nümunələr səsləndiriblər.

Qeyd edilib ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb. Sözügedən kitabın öz söz müəllifi "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turandır.

Sonda çıxış edən şair Ümid Nəccari tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib, oxucular üçün "Qaranlığın fotosu"nu imzalayıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 19 mart.- S.8.