Tural İrfanın "Kamikadze 1" romanının təqdimatı keçirildi

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ilahiyyatçı-yazar Tural İrfanın "Kamikadze 1" sənədli romanının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyatsevərlər, jurnalistlər başqaları iştirak ediblər.

Təqdimatda kitab haqqında ümumi məlumat verilib. Deyilib ki, "Kamikadze 1" sənədli romanında Sumqayıtda iğtişaş yaratmış Eduard (Edik) adlı erməni əslində kim idi harada izi itirildi, Osmanlı Səfəvi savaşlarının əsl gizli səbəbkarları kim idi, Şah İsmayılı ermənilər necə zəhərlədi, Nuhun gəmisinin Moskva muzeyində saxlanılan qalıqlarında yazılıb, ölünü dəfn edəndən sonra hansı dinin nümayəndələri ölünün qulağına deyirlər sair kimi bir çox mövzulara aydınlıq gətirilib.

Tədbirdə çıxış edənlər kitabın müəllifi Tural İrfana uğurlar arzulayıb, kitab haqqında müsbət fikirlərini bildiriblər.

 

MEHRİ

 

525-ci qəzet.- 2019.- 28 mart.- S.8.