Milli Konservatoriyada musiqişünas-alim Elmira Abbasovanın xatirəsi anılıb

Azərbaycan Milli Konservatoriyasında (AMK) “Elm günümünasibətilə görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, “Elm, yaradıcılıq, axtarış zəhmət” – E.Abbasovanın həyatını əks etdirən bu ifadə konfransın devizi olaraq qeyd olunub.

Konfransı AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova açaraq “Elm günümünasibətilə konfrans iştirakçılarını təbrik edib E.Abbasovanın yaradıcılıq yolundan söhbət açıb.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, E.Abbasovanın qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Kamina Məmmədova və başqalarının məruzələri dinlənilib. Məruzəçilər professorun həyat və yaradıcılıq yolundan söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə AMK-nın müəllim və tələbə heyəti tərəfindən musiqi nömrələri də təqdim olunub.

525-ci qəzet  2019.- 29 mart.- S.7.