Cəlil  Məmmədquluzadəyə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

 

 

Bakı Xoreoqrafiya Akademiyasında "Cəlil Məmmədquluzadə Molla Nəsrəddin ədəbi məkətbi" mövzusunda elmi-nəzəri konfrans "Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı" mövzusunda dəyirmi masa keçiriləcək.

Təhsil Nazirliyinin müəssisələrində yubileylə əlaqədar müxtəlif mövzularda elmi konfrans fotolardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Cəlil Məmmədquluzadə idealları müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda "Cəlil Məmmədquluzadə Azərbaycan dili" mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Molla Nəsrəddin" jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda "Cəlil Məmmədquluzadə xalq gülüş mədəniyyəti" mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda "Cəlil Məmmədquluzadənin dövrü ictimai-siyasi proseslərin başlıca problemləri" mövzusunda respublika konfransı, Fəlsəfə İnstitutunda "Maarifçilik Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri" mövzusunda respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Bizi deyib gələn bizimlə qalan Mirzə Cəlil" mövzusunda elmi sessiya keçiriləcək.

Bundan əlavə, Əlyazmalar İnstitutu Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin həyat yaradıcılığına "Molla Nəsrəddin" jurnalına həsr olunan sərgilər planlaşdırılır.

Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri olacaq. "Molla Nəsrəddin" Ensiklopediyası"nın, "Ustad Mirzə Cəlil Məmmədquluzadə" monoqrafiyasının, "Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)" adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur.

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda, birliyin bütün filiallarında və Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələrinin keçirilməsi və s. tədbirlər də sənəddə yer alıb.

 

Şahanə

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.16.