"Azərbaycan"ın yeni
sayında...
"Azərbaycan" jurnalının növbəti
- aprel sayı işıq üzü görüb.
Jurnalın "Poeziya" bölməsində
Musa Yaqub, İsa Sevər, Sevinc Arzulu, Ələsgər Talıboğlu, Səxavət
Kəlbəcərlinin şeirləri
yer alıb.
İlqar Fəhminin "Gürgan şərabı" romanı,
Müzahim İsmayılzadənin
"Ağcaqanad dərəsi"
hekayəsi "Nəsr"
bölməsindədir.
"Debüt" rubrikası oxucuları bu dəfə Vüqar İsgəndərovla tanış edir. Onun "Cəhənnəmdə etiraf"
hekayəsi Xocalı soyqırımına həsr
olunub. "Ədəbi talelər"də
isə Günel Natiq Luici Pirandellodan
söz açır.
Jurnalın bu sayında A.S.Puşkinin "Qafqaz əsiri" Eyvaz Borçalının tərcüməsində
təqdim olunub. Jurnal Qəşəm Nəcəfzadənin
60 yaşını onun
şeirləri ilə qeyd edir. Eləcə də "Publisistika" rubrikasında Tofiq Nurəlinin "Yol", Valeh Bahaduroğlunun "Arxada qalan dolaylar",
"Tənqid və ədəbiyyatşünaslıq" bölməsində isə
Elçinin "Məsuliyyətimizi
nə üçün
janrın boynuna atırıq?", Aydın
Talıbzadənin "Ağrılar
və mərsiyələr
şahı" adlı
yazıları yer alıb.
Bu nömrədə Süleyman
Stalskini 150 illiyi münasibətilə Həsən
Xasıyev yada salır.
"Axtarışlar, tapıntılar"
rubrikasında Afaq Ağayarova "İqbal"
qəzetinin nəşr
tarixindən,"İncəsənət"
rubrikasında isə İsrafil İsrafilov
"Teatr tənqidinin
susqunluq əhdi"ndən
bəhs edir.
"Kitablar, rəylər"
bölməsində Yaqub
Babayev Təyyar Salamoğlunun "Azərbaycan
tənqidi realizminin estetikası" kitabını
təqdim edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 4 may.- S.17.