Heydər Əliyevin anadan
olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans
Bakı
Mühəndislik Universiteti
və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunmuş
"Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda
IV Beynəlxalq elmi-praktiki
konfrans öz işinə başlayıb.
Bu barədə Bakı
Mühəndislik Universitetindən
məlumat verilib.
Tədbirin açılış mərasimində çıxış
edən Bakı Mühəndislik Universitetinin
rektoru, professor Havar Məmmədov konfransın iki universitet tərəfindən
birgə təşkil
olunmasını elmi baxımdan əhəmiyyətli
olduğunu vurğulayıb.
Heydər Əliyevin ölkəmizin
müstəqilliyinin möhkəmlənməsində
və hərtərəfli
inkişafında müstəsna
xidmətləri barədə
ətraflı məlumat
verən rektor onun Azərbaycan elminin və təhsilinin inkişafına
verdiyi töhfələrini
diqqətə çatdırıb.
Qeyd edib ki, bu
gün də ölkə başçısı
İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Artıq ölkəmiz ən mötəbər beynəlxalq
tədbirlərdə təmsil
olunur və aparılan islahatlar sayəsində xalqımızın
rifah halı və təhsil səviyyəsi günü-gündən
yüksəlir.
Konfransın işinə uğurlar
arzulayan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
Azərbaycan iqtisadiyyatının
ən vacib sahələrindən olan turizmin potensialından və bu sahənin
inkişafı istiqamətində
Prezident İlham Əliyevin gördüyü
işlərdən danışıb.
Heydər Əliyevin sovet
ittifaqı və müstəqillik dövründə
təhsilin və yerli kadrların hazırlanması istiqamətində
gördüyü işləri
diqqətə çatdıran
rektor yerli universitetlərin birgə təşkil etdikləri konfransların elmin və universitetlərin inkişafına verəcəyi
töhvələr barədə
tədbir iştirakçılarına
məlumat verib.
Daha sonra çıxış edən
Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru İlham Məmmədov konfransın
işinə uğurlar
arzulayaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi
xidmətlər barədə
məruzə ilə çıxış edib.
Konfransın plenar iclasında
Zuxra Abdraxmanova,
professor Rza Mahmudov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəhriyar Muxtarov və dosent İlqar Seyfullayevin məruzələri dinlənilib.
Konfrans öz
işini bölmə iclasları ilə davam etdirib.
525-ci qəzet.- 2019.- 4 may.- S.4.