D vitamini çatmayanda...   

 

 

Körpələrdə, uşaqlarda D vitamininin doğru miqdarda zamanında alınması çox vacibdir.

 

D vitamininin sümük quruluşunun inkişafında xüsusi rolu var. Körpələr 5 yaşına kimi uşaqlar üçün D vitamini ayrı bir əhəmiyyət daşıyır. Vitamin qanda mineralların, kalsiumun, fosforun səviyyəsini artırır onların sümük toxumalarına ötürülməsini təmin edir. Bu vitaminin çatışmazlığı isə uşaqlarda raxit xəstəliyinin yaranmasına səbəb olur.

D vitamini orqanizmə iki yolla daxil olur

Həkim-pediatr Leyli Quliyeva deyir ki, raxit xəstəliyinin əmələ gəlməsində əsas etiol amil südəmər uşağın D vitamininə olan gündəlik tələbatının ödənilməməsidir. Bu tələbat uşağın yaşından, qulluqdan, qidalanma növündən, günəş şüalarından, mövsümdən, iqlimdən asılı olaraq müxtəlif olur. Yaxşı inkişaf edən, ana südü ilə qidalanan, düzgün qulluq olunan uşaqların D vitamininə tələbatı gündəlik olaraq 100-400, yarımçıq doğulmuşların 800-2000 BV, süni qidalananlarınki isə 1000 BV-dir. Ancaq tez-tez xəstələnən, tez boy atan, müxtəlif mədə-bağırsaq pozğunluqları olan, tünd dərili uşaqların D vitamininə olan tələbatı çoxdur: "Raxitin patalogiyasını bilmək üçün birinci növbədə orqanizmdə D vitamini mübadiləsini bilmək lazımdır. D vitamini orqanizmə iki yolla daxil olur. Ultrabənövşəyi şüaların təsirindən əmələ gələn endogen D3 provitamini. Qida ilə daxil olan D2 ya D3 vitamini".

D vitamini saçan günəş şüaları

Həkimin sözlərinə görə, D vitamininin diş sümüklərin inkişafında rolu çox böyükdür. Bu vitamin sümükləri qüvvətləndirir möhkəmləndirir, normal böyüməsini, minerallaşmasını təmin edir. D vitamini orqanizmə günəş şüaları vasitəsilə daxil olur. Bu vitamin dəridə günəş şüaları təsiri altında provitaminlərdən əmələ gəlir. Günəş şüasının defisiti məlum olduğu kimi, endogen D vitamininin 90 faizi dəridə sintez olur. Bunun üçün dalğa uzunluğu 290-315 mm olan ultrabənövşəyi şüaların dəriyə çatması lazımdır. 1,5 yaşlı uşağın əllərinə sifətinə 1-2 saatlıq günəş şüasının toxunması nəticəsində əmələ gələn D vitamini bir həftəyə kifayət edir. D vitamini həmçinin, pendir, yumurta, kərə yağı, süd digər ağartı məhsulları, qaraciyər, balıq, balıq yağında da mövcuddur: "Bu səbəbdən uşaqlara sözügedən qidalardan vermək məsləhətdir".

Raxit xəstəliyinin klinikası

Pediatrın dediyinə görə, raxit xəstəliyinin klinikasında uşağın yaşı, prosesin mərhələsi, gedişi, ağırlıq dərəcəsi xüsusi rol oynayır. Raxit adətən payızda qışda başlayır, kəskinləşir, yayın axırı isə sağalma baş verir. Raxit başlanğıc mərhələ adətən uşağın 3-4 ayında büruzə verir. Xəstəlik yarımçıq doğulanlarda hətta bir aylığından özünü büruzə verməyə başlayır: "Xəstəliyin başlanğıc mərhələsində uşağın əhvalı dəyişir, narahatlıq, oyanıqlıq, uca səsə qəfləti yanan işığa qarşı səksənir. Yuxusu pozulur, gərginləşir. Tərləmə güclənir. Bu, xüsusilə uşaq ağlayarkən, yeni yuxuya gedən zaman daha çox müşahidə edilir. Tər turşumuş iy verir, dərini qıcıqlandırır, qaşınmaya səbəb olur. Uşaq başını balışa sürtür, ənsədə tüklər tökülür, bişməcə əmələ gəlir. Başlanğıc mərhələdə iki həftədən 2-3 aya qədər davam edə bilər. Adətən isə 1 həftə yarımdan 1 aya qədər davam edir müalicə olunmazsa, kəskinləşmə mərhələsinə keçir".

Çox tərləmə, zəiflik, tez yorulma baş verir

L.Quliyeva bildirib ki, kəskinləşmə mərhələsi zamanı sinir-əzələ dəyişiklikləri dərinləşir, uşaq süstləşir, az hərəkətli olur. Fiziki psiximator inkişafdan geri qalmağa başlayır. Çox tərləmə, zəiflik, tez yorulma baş verir. Skletdə xüsusilə sümüklərin inkişaf nahiyəsində dəyişikliklər müşahidə olunur. Böyük əmgəyin kənarları yumşalır. Alın gicgah qabarları əmələ gəlir. Bəzən ağır hallarda yumşalma o qədər artır ki, beyin əsası çökür. Diş gec anormal çıxır. Müalicə aparılmazsa, xəstəlik ağırlaşır çənə qüsurları meydana çıxır. Bu halda əmgəh sümüyü 2 tərəfə batır. Aşağı çənə pis inkişaf edir, dişləmə dərinləşir. Üst damaq hündürləşir, burun çəpəri əyilir, dişlərdə kariyesə meyllik əmələ gəlir. Döş qəfəsinin deformasiyası müxtəlif variantlarda olur. Döş qəfəsi yandan sıxılır, aşağıdan genəlir, yuxarıdan daralır körpücük sümüyü, ağır hallarda onurğa sütunu əyilir. Kifoz, skalioz inkişaf edir.

"Qurbağa qarnı"    

Həkim-pediatrın sözlərinə görə, ağır hallarda yastı pəncəllik inkişaf edir. Çanaq sümüyünün deformasiyası, onun yastılaşma daralması müşahidə olunur. Kəskinləşmə mərhələsində əzələ zəifləyir, boşalır. Oynaqlar laxlayır sallanır. Bu xəstələr asanlıqla ayaqlarını boyunlarına keçirə bilirlər. Qarın əzələlərinin zəifləməsi nəticəsində "qurbağa qarnı" vəziyyəti yaranır. Statik lokamator funksiyalar zəifləyir, uşaq başını qaldıra bilmir. Onları qaldırmaq istədikdə qışqırır. Raxitin ağır dərəcəsində qaraciyər, mədə-bağırsaq sistemində funksiya dəyişiklikləri, zülal, B6, B1, A, B, C vitamininin çatışmazlığı müşahidə olunur.

Qaraciyər, dalaq böyüyür...

L.Quliyeva qeyd edib ki, sağalma mərhələsində xəstənin ümumi vəziyyəti yaxşılaşır, nevroloji vegetativ dəyişikliklər azalır, statik funksiyalar normallaşır, yeni şərti reflekslər formalaşır. Lakin əzələ hopotoniyası sümük deformasiyaları uzun müddət qalır. Qanın biokimyəvi göstəriciləri normal ya normaya yaxın olur. Qalıq əlamətlərin dövrü 2-3 yaşda qeyd olunur, sümüklərin deformasiyası, qaraciyərin, dalağın böyüməsi, anemiya qalmaqda davam edir. Qalıq əlamətlərin dövrü yalnız 2-3 dərəcəli raxitdə müşahidə edilir.

D vitami uşağa necə verilməli

Pediatr vurğulayıb ki, raxit xəstəliyi vaxtında müalicə olunmadığı təqdirdə uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər: "Xəstəliyin başlanğıc mərhələsində D vitamini gündə 3000-8000 BV hesabı ilə 4000.000-600.000 BV kurs dozasına qədər verilir. Şiddətlənmə mərhələsində dozanın miqdarını artırmaq lazımdır. D vitami preparatı südlə, sıyıqla qarışdırılaraq uşağa yemək zamanı verilir. Sağalma mərhələsində müəlicə ilə yanaşı, gimnastikanın, masajın böyük əhəmiyyəti var".

 

 

S.QARAYEVA

 

 

525-ci qəzet.- 2019.- 9 may.- S.16.