9 Mayla bağlı nəşrlər sərgisi

 

 

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümünə həsr edilmiş "9 may - Faşizm üzərində qələbə günüdür" adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın tarixi, faşizm üzərində qələbədə igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitabdövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 9 may.- S.9.