Mənim universitetim
Tələbəlik dövründən başlayaraq
həmişə fikirləşmişəm
ki, filologiyanın gələcək inkişafı
necə olacaq? Görəsən, gələcək tədqiqatçılar
dilimizə, ədəbiyyatımıza
nə verə biləcək? Sözün düzü,
bu məzmunda olan sualları özümə həmişə
vermişəm.
İndi elə fikirləşməyin
ki, bu cümlələr
mətnə giriş vermək naminə işlədilmiş cümlələrdir. Qətiyyən
belə deyil! Əslində, bu nəticəyə
gəlmək də səbəbsiz deyil. İxtisas müəllimlərimin öz
ustadları haqqında
danışdıqları xatirələri,
söhbətləri məndə
böyük maraq, sevgi oyatmaqla bərabər, bəzən
də bir kədər hissi yaratmışdır. Fikirləşmişəm
ki, kaş mən də Ə.Dəmirçizadə, Ə.Abdullayev,
M.Şirəliyev, S.Əlizadə,
R.Rüstəmov, M.Hüseynzadə,
S.Cəfərov, Y.Seyidov,
T.Hacıyev, H.Mirzəyev,
Ə.Sultanlı, M.C.Cəfərov,
M.Rəfili, İ.Şıxlı,
Ə.Cəfər, F.Qasımzadə
kimi nəhəng müəllimlərdən dərs
alardım. Əlbəttə, zaman etibarilə
bu mümkün olmasa da, həmin
müəllimlər filologiyamızın
sütunları olmaqla
yanaşı, mənim
və mənim kimi gənc tədqiqatçıların da
mənəvi müəllimləri
sayılır. Bu məsələdə təsəllimiz
də ondan ibarətdir ki, bu ustadların tələbələri bizi
yetişdirib, müəllimlərimiz
olub, bilavasitə olmasa da, bilavasitə
həmin alimlərin fikirləri, tədqiqatları
bizə yol göstərib, dayaq olub. Açığı, bu cəhətdən ixtisas müəllimlərimi yaxşı
mənada qısqanmışam
da! Bax yuxarıda özümə
verdiyim suallar da belə məqamlarda
yaranıb. Bu zaman düşünürsən
ki, yaranmış boşluqları doldura bilənlər olacaqmı?!
Əlbəttə, bütün hallarda
verdiyin cavablar eyni olmasa da,
nikbin baxış daha çox üstünlük təşkil
edir.
Şübhəsiz ki, istər ədəbiyyat, istərsə
də dilçilik sahəsində aparılan
sanballı tədqiqatlar,
elmə diqqət və qayğı, gənc alimlərin sayının artması filologiyanın gələcək
inkişafından, potensialından
xəbər verir. Heç
şübhəsiz ki,
bu prosesdə ali məktəblərin
faydası daha çoxdur. Məhz buna görə
də mübaliğəsiz
demək olar ki, bu gün
Azərbaycan filologiyasının,
xüsusən də müasir Azərbaycan dilçiliyinin öyrənilməsində
və öyrədilməsində
Azərbaycan Dövlət
Pedaqoji Universiteti olduqca böyük rola malikdir. Təqribən iki il sonra
yüz yaşını
böyük bir təntənə ilə qeyd edəcək ADPU bu işdə böyük addımlar atır.
Qeyd edə bilərik ki, bu gün univerisitetdə
yaradılmış və
yaradılan şərait
təkcə filologiyanın
deyil, digər elm sahələrinin inkişafını
da zəruri edir. Sevindirici haldır ki,
filologiya fakültəsi
bu işdə xüsusi ilə fərqlənir. Universitetdə aparılan islahatlar, elmin inkişafı üçün yaradılan
münbit mühit, maddi-texniki bazanın tədricən gücləndirilməsi,
aparılan yenidənqurma
işləri, ixtisaslı
kadrların, peşəkarların
tədris prosesinə cəlb olunması da bu baxımdan
xüsusi aktuallığa
malikdir. Bir məqamı
da qeyd edək
ki, obyektivlik, şəffaflıq, gəncləşdirmə
siyasəti, elmi potensialın yüksəldilməsi
kimi məsələlərin
ADPU üçün prioritet
istiqamət seçilməsi
universitet rəhbərliyinin
həyata keçirdiyi
bütün işlərdə
açıq-aşkar hiss olunur.
Bu məqamda rektor, professor Cəfər Cəfərovun bir fikrini xatırlatmaq yerinə düşər:
"Təhsil ümummilli,
ümumxalq məsələsidir.
Təhsil sahəsində dəyərlər,
bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi
bizim qarşımızda
mühüm vəzifələr
qoyub. Bizim əsas vəzifəmiz
yüksək səviyyəli
pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun
yenilənməsi, insan
resurslarının inkişaf
etdirilməsi istiqamətində
ciddi islahatlar həyata keçirilir.
Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir".
Buna görə də
ADPU müəllim hazırlığına
ölkənin milli təhlükəsizlik məsələsi
kimi yanaşır. Məhz bunun
nəticəsidir ki, bu gün ixtisaslaşmış
müəllim hazırlığından
söz düşəndə
ilk olaraq Pedaqoji Universitet xatırlanır.
Bu mənada ali
təhsil müəssisələri
arasında bu qocaman təhsil ocağının böyük
payı vardır.
Son 3 ildə Universitetin
bütün fakültələrində
nəzərə çarpacaq
dərəcədə artmış
canlanma filologiya fakültəsində daha çox müşahidə
olunur. Filologiya fakültəsinin dekanı, professor M.Hüseynova,
bir növ, fakültəni universitetin
simasına çevirmişdir.
Gümanla deyil, inamla deyə bilərik ki, bu gün
Azərbaycan Dövlət
Pedaqoji Universiteti təhsil, o cümlədən,
filologiyanın tədqiqi
sahəsində əsas
və aparıcı sütunlardan birini təşkil edir. Heç şübhəsiz ki, bu faktı hazırda
filologiya fakültəsinin
əldə etdiyi nailiyyətlər, qazandığı
uğurlar da təsdiq edir. Təsəvvür tamlığı naminə bir məqamı da əlavə edək ki, təkcə 2019-cu ilin yanvar ayından
bu günə kimi filologiya fakültəsi 20-dən artıq
tədbir təşkil
etmiş, konfranslar keçirmişdir. Artıq
görkəmli dilçi
və ədəbiyyatçılarla
tələbələrin görüşünün
keçirilməsi, ustad
dərslərinin təşkili,
kitab təqdimatları,
ədəbi-bədii proqramlar,
ölkə rəhbərliyinin
müvafiq fərman və sərəncamları
ilə əlaqədar
tədbirlərin, yubileylərin,
eləcə də əlamətdar hadisə və tarixi günlərin qeyd olunması filologiya fakültəsində
bir ənənəyə
çevrilmişdir. Bu baxımdan Ə.Dəmirçizadə,
A.Qurbanov, İ.Nəsimi
ilə əlaqədar
keçirilən elmi konfranslar xüsusi aktuallığa malikdir.
Belə hesab edirik ki,
fakültədə istedadlı
gənc kadrların üzə çıxarılması
sahəsində aparılan
sistemli işlər də ümumi işin gedişatına müsbət təsir edir və filologiyanın,
xüsusən də dilçilyinin gələcək
inkişafına olan inamı daha da artırır. Eyni zamanda, bütün bunlar filologiyanın gələcəyinə nikbin
yanaşmağa imkan verir və Dəmirçizadələr,
Şirəliyevlər, Qurbanovlar
kimi ustad dilçilərin yenidən
yetişməsinə böyük
ümidlər yaradır.
İlkin ƏSGƏR
ADPU-nun Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasının müəllimi
525-ci qəzet.- 2019.- 9 may.- S.11.