"Heydər Əliyev Fondu-15" adlı sərgi açıldı

 

 

Mayın 10-da Milli Kitabxanada "Heydər Əliyev Fondu-15" adlı kitab sərgisi təşkil edilib.

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ümummilli Liderin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini yaşatmaq, azərbaycançılıq düşüncəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlamış Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm texnologiya, ekologiya, sosial digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Sərgidə Heydər Əliyev Fondu haqqında müxtəlif dillərdə çap olunmuş kitab dövri mətbuat materialları, həmçinin, Fondun dəstəyi ilə nəşr edilmiş kitablar nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 11 may.- S.13.