Xalq yazıçısı Hüseyn İbrahimov anılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbir İnstitutun Elektron akt zalında baş tutub.

Xatırladaq ki, tədbir İnstitutda praktika keçən Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamı Azərbaycan ədəbiyyatına, onun görkəmli yaradıcılılarına dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir. Akademik İsa Həbibbəyli çıxışında Xalq yazıçısı Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.

Daha sonra Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova çıxış edərək Bakı Avrasiya Universiteti ilə Akademiyanın Ədəbiyyat İnstitutu arasındakı qarşılıqlı əlaqələrdən danışıb keçirilən konfransı yüksək qiymətləndirib.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif YusifliXalq yazıçısı Hüseyn İbrahimov haqqında sözmövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri Günər İsgəndərovaXalq yazıçısı Hüseyn İbrahimovun həyatı”, Arzu QuliyevaHüseyn İbrahimovun yaradıcılıq yolu”, İlkin QubadovHüseyn İbrahimovun yaradıcılığında yeni insan konsepsiyası”, Tamaşa ŞirinovaHüseyn İbrahimovun hekayələrində məişət problemi”, Aytac RəsulovaHüseyn İbrahimovun mənəvi-əxlaqi mövzularda yazılmış hekayələri”, Lamiyə MəhəmmədovaHüseyn İbrahimovunBahar yağışıromanı müasirlik”, Ofelya ŞahsuvarovaHüseyn İbrahimovunƏsrin onda biriromanı tarixilik”, Səmayə ZeynalovaHüseyn İbrahimovunBahar hekayəsipovesti”, Jalə MustafayevaHüseyn İbrahimovun 100 illik yubileyimədəni hadisə kimi”, Çıraq NiyazlıHüseyn İbrahimov milli ədəbiyyatımızadlı mövzularda çıxışlar ediblər.

 

525-ci qəzet.- 2019.- 31 may.- S.9.