"Ən yaxşı oxucu"nun qalibləri mükafatlandırılıb
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının nəzdində
fəaliyyət göstərən
Səməd Vurğun
Poeziya Ocağının
dəstəyi ilə
"Nəsimi ili"
çərçivəsində "Ən yaxşı oxucu" müsabiqəsinə
yekun vurulub.
Kitabxanadan AZƏRTAC-a bildirilib
ki, tədbirin aparıcısı, kitabxananın
əməkdaşı, Səməd
Vurğun Poeziya Ocağının rəhbəri
Zərəngiz Mansurova
Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
yaradıcılığından söhbət açıb.
O, 15 noyabr 2018-ci il
"Böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi" və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin
"Nəsimi ili"
elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını xatırladıb.
Tədbirdə kitabxana filialın müdiri Turanə Əmirova kitab və mütaliənin vacibliyindən danışıb.
Kitabxanaçı Hilanə Babayeva kitabxanada fevral ayından keçirilən
"Ən yaxşı
oxucu" müsabiqəsinin
qaliblərini elan edib. Birinci yeri Nuray Rza qazanıb və təşəkkürnamə
ilə təltif olunub. Kitabxananın bütün tədbirlərində
fəal iştirak edən Araz Ağkəmərli isə
təşəkkürnamə ilə təltif olunub.
Sonda Telman Abbasov adına
225 nömrəli tam orta
məktəbin şagirdləri
və kitabxananın fəal oxucularının ifasında ədəbi-bədii
kompozisiya nümayiş
olunub.
525-ci qəzet.- 2019.- 31 may.- S.13.