Yağışdan sonra
boy verən təhlükə
Göbələk orqanizm üçün olduqca faydalı bir tərəvəzdir.
Onun tərkibi vitamin, mineral maddələr,
zülal, kalsium, dəmir və karbohidratlarla çox zəngindir. Bu səbəbdən də göbələkdən qidalara
üstünlük verməkdə
fayda var. Ancaq göbələk ləzzətli
qida olmaqla yanaşı, ondan zəhərlənmə də
çox təhlükəlidir.
Göbələkdən zəhərlənməyə qarşı vaxtında tədbir görülməsə,
bu, faciə ilə nəticələnə
bilər.
Göbələkdən zəhərlənməyə
qarşı 9 saat ərzində tədbir görülmədikdə
Həkim-infeksionist Suğra Kazımovanın dediyinə görə, göbələyin yararlılıq
müddəti ötdükdə,
onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr
əmələ gəlir. Belə
göbələklərdən istifadə nəticəsində
baş verən zəhərlənməyə qarşı
9 saat ərzində tədbir görülmədikdə
bu, xəstənin ölümü ilə nəticələnə bilər:
"Meyvə və tərəvəz məhsullarından
zəhərlənmə hallarında,
hətta 24 saatdan sonra həkimə müraciət etdikdə xəstəni xilas etmək mümkün olur. Ancaq göbələkdən zəhərlənmə 9 saatdan
gec aşkarlandıqda,
zərərli maddələr,
yəni zəhərli
göbələklərin toksinləri
qana keçir və xəstəni həyata qaytarmaq müşkilə çevrilir".
Zəhərlənmə zamanı
qanın tərkibi dəyişir
İnfeksionist vurğulayıb
ki, göbələyin
toksikologiyasının inkubasiya
(gizli) dövrü çox qısadır və cəmi bir neçə saat çəkir: "Göbələkdən zəhərlənmə
zamanı xəstədə
əsasən ürək
bulanması, qusma, sulu və
ya qanlı ishal, qarın ağrısı, tərləmə,
göz bəbəklərində
qızartılar, göz
yaşı və tüpürcək ifrazında
çoxalma, görmədə
pozğunluq, baş gicəllənməsi, epiqastral
nahiyyədə kəskin
ağrılar müşahidə
olunur. Bəzi hallarda xəstənin
hərarəti də yüksəlir. Zəhərlənmə gec aşkarlandıqda isə ağır formada qıcolma, huşun itməsi, ürək-damar sisteminin pozulması və arterial təzyiqin düşməsi
baş verir. Zəhərli göbələklərin bir hissəsi hemodializ əmələ gətirir. Yəni zəhərlənmə zamanı qanın tərkibini dəyişir.
Bu növ zəhərlənmələrdə
müddət 14 saatdır
və xəstələrin
20 faizi ölüm təhlükəsi ilə
üzləşir".
Vaxtında edilən
yardım müsbət
effekt verir
S.Kazımova xəbərtdarlıq
edir ki, özündə zəhərlənmə
əlamətləri hiss edən
xəstə vaxtında
həkimə müraciət
etməlidir: "Xəstəyə
həkim tərəfindən
vaxtında edilən yardım dərhal müsbət effekt verir. İntoksikasiya əlamətləri tez keçir, ishal, qusma dayanır
və xəstə
normal vəziyyətə qayıdır.
Xəstə zəhərlənmənin
əlamətlərini hiss etdiyi
anda həkimə müraciət etməli və lazımi müalicə almalıdır.
Əgər zəhərlənən şəxs vaxtında həkimə müraciət
etməyərək ev
şəraitində müalicə
olunmağa çalışsa,
həyatı ilə
risk etmiş olar".
Həkim bildirib ki, göbələyin
bəzi növləri
gün şüaları
altında çox qaldıqda, onun tərkibində gözlə
görünməyəcək dərəcədə kiçik
qurdlar əmələ
gəlir. Onlardan istifadə nəticəsində
isə qurdlar orqanizmə daxil olur və bir
müddət sonra qaraciyərdə exinokok xəstəliyi əmələ
gətirir.
Azərbaycanda bitən
100 növ göbələkdən
5-i zəhərlidir
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə
görə, iqlimə
uyğun olaraq, Azərbaycanda göbələyin
100-ə yaxın növü
yetişir. Ancaq onlardan 5-i zəhərli olduğundan istifadə edilmir: "Göbələk
əsasən payız
və yaz aylarında yağan ilk yağışdan sonra bitir. Bəzi hallarda yay mövsümündə də
göbələyə rast
gəlmək mümkündür.
Amma onlar yabanı göbələklər sayılır.
Azərbaycandan fərqli olaraq
dünyanın əksər
inkişaf etmiş ölkələrinin mətbəxində
göbələyin bütün
növlərindən geniş
istifadə edilir.
Bir çox ləziz xörəklər məhz
göbələkdən hazırlanır.
Ancaq ölkəmizdə
bitən 100 növdən
əhali yalnız
"Şanpinyon", "Ağlı"
və "Donbalan"dan
istifadə edilir".
Göbələyin çox
qiymətli və kolorili növü
Baş kulinar deyir ki,
"Donbalan" göbələyin
çox qiymətli və kolorili bir növü sayılır. Amerikanın ticarət mərkəzlərində
onun 1 kiloqramı 800, qurudulmuş toz halında isə 1000 dollara satılır.
Fransa, Almaniya və Rusiyada isə bu növü yetişdirmək üçün
xeyli pul xərclənir. Ancaq Azərbaycanda
"Donbalan" təbii
halda bitir, qiyməti də qat-qat ucuzdur.
Göbələkdən hazırlanan
xörək və salatları bir gündən artıq saxlamaq olmaz
Göbələkdən hazırlanan xörək və salatları 1 gündən, tutmaları isə 6 gün tamam olduqdan sonra istifadə etmək qorxuludur. Direktor göbələkdən
15 növ xörək
və 11-dən artıq
salat hazırlandığını
deyir. Ancaq göbələkdən hazırlanan xörək və salat nə
qədər ləziz olsa belə, onu bir gündən
artıq saxlamaq olmaz. Əks təqdirdə, zəhərlənmə
baş verə bilər. Həmçinin, göbələkdən hazırlanan tutmaları da 6 gün tamam
olduqdan sonra istifadə etmək orqanizm üçün təhlükəlidir.
Göbələk yalnız
alüminiumdan olan qapalı qablara yığılmalı və
soyuducuda saxlanılmalıdır
T.Əmiraslanovun sözlərinə əsasən, ölkə bazarlarında satılan göbələklərin bir qismi bu məhsulu yaxşı tanımayan insanlar tərəfindən yığıldığından, onlar arasında zəhərlilərə də rast gəlinir. Üstəlik, göbələklərin satışı zamanı bəzi qaydalara riayət olunmur: "Zəhərli növ sayılan "Muxamor", istifadə olunan bir neçə göbələyə çox bənzəyir. Ancaq "Muxamor"u gövdəsində olan kiçik xətlərlə seçmək mümkündür. Ona görə də yığılan zaman buna xüsusi olaraq diqqət yetirilməlidir. Göbələk yalnız alüminiumdan olan qapalı qablara yığılmalı və soyuducuda saxlanılmalıdır. Yığıldıqdan 3 gün sonra istifadə müddəti ötdüyündən satışdan çıxarılmalıdır. Dünyanın bütün ölkələrində bu qaydalara əməl olunur. Ancaq təəssüflər olsun ki, Azərbaycanda əksinədir. Ona görə də göbələkdən zəhərlənmə halları bizdə tez-tez baş verir".
Yolların kənarlarında
satılan göbələklərdən almaq məsləhət
deyil
Paytaxt bazarlarında satılan göbələklər əsasən Quba, İsmayıllı və Şamaxı rayonlarından gətirilir və yoxlamadan keçirildikdən sonra satışa çıxarılır. Laboratoriyada yoxlamadan keçirilən zaman istifadə üçün yararlı olmayan göbələklərin satışa çıxarılmasına icazə verilmir. Məhsul məhv edilir, satıcı isə cərimələnir. Magirstral yolların kənarlarında satılan göbələklərdən almaq məsləhət deyil. Çünki bu göbələklər yoxlamadan keçirilmədiyindən onların zəhərli olub-olmadığı məlum deyil.
S.QARAYEVA
525-ci qəzet.-
2019.- 31 may.- S.12.