Sevgi dilində
İnsan
dilində, adam
dilində,
Çiçək dilində, badam
dilində,
Mənimlə danışın, nə olar.
Mən ayrı dil bilmirəm,
Uzaqdan gəlmişəm,
yadam.
Bir ağız qoşmayam,
Sevgi dolu fəryadam.
Mənimlə danışın,
Sonra barışın.
Yaz gəldi güllər açıldı,
Vaxt çatdı sirlər açıldı,
Dağlardan sellər açıldı,
Siz də söz-sözə qarışın,
Su dilində aşın-daşın,
Sel dilində
barışın, nə
olar.
Ağac dilində sevgi nədi bilirsiniz? -
Çiçəklər, güllər.
Sizin də sözünüz
nədi, xəbəriniz
var?
Qönçə kimi açılan əllər.
Uzadın
əlinizi çiçəklərə,
Dərməyin amma.
Eləcə toxunun,
Çiçəklər ətri ilə oxunur,
Siz də əlinizlə oxunun,
İlıq bir təbəssümlə
danışın,
Çiçəklə qaynayıb qarışın,
Barışın nə olar, barışın,
Allah dilində danışın,
nə olar.
Əyil ürəyinə
Nəğməni, nağılı özündən
uzaq
Tutdunmu, yadına
düşmərəm sənin.
Şehli
yarpaqları gözündən
uzaq
Tutdunmu, yadına
düşmərəm sənin.
Əyil,
ürəyinin üstünə
əyil,
Orada gör nələr döyünür,
tərpən.
Əyil,
əllərinin üstünə
əyil,
Əyil, əllərindən boylanır
körpən.
Əyil,
ölənlərin ahına
əyil,
Əyilsən Arazda körpü də bitər.
Əyil,
ayağının ruhuna
əyil,
Əyilsən dünyanın çöpü
də bitər.
Qoyma ürəyindən yerə
sevgini,
Ağlama, gözündən düşə
bilərəm.
Qəbir
şəkilində anamız
yeri,
Düşdüyüm yerdəcə deşə bilərəm.
Kənd yolunda araba
Yollarda astaca-astaca gedir
Təkərlərin cırıltısı.
Atır çökəklərə atmaca,
gedir.
Çıxıb maşınların yoluna
Upuzun yolları
qısaca gedir.
Bir araba yonca
Yol boyunca,
Arxayınca
Gedir, gedir ləng gedir
Elə bil ki, kənd gedir.
Bir uşaq düşüb dalınca
Biri də üstüncə gedir.
Dəli
yoncanın ətri
Şəhər maşınlarını
yenə yaman məst edir.
At arabası,
Ot arabası
Üstündə yabaya bax.
Arabanın işinə bax,
Arabada havaya bax.
Atın
iştahası
Qaçır hərdən arxaya,
Bir az keçir
yorğaya.
Arabayla bir qaçır,
Uşaqların neçəsi.
Sevindirir
hər yanı
Təkərlərin nəğməsi.
Kədər haqqında sevinc
şeiri
Etibarsız sevinc, vəfasız
sevinc,
Dünən məndə idin, bu gün kimdəsən?
Gör kimə qoşulub çıxdın aradan,
Bəlkə ağladırlar səni hardasa?
Bəlkə çilik-çilik olub
pəncərən,
Divarın uçuqdu, evin uçuqdu.
Bəlkə aldanmısan zərə,
gümüşə,
Səni çağıran kəs
bəlkə qaçıbdı.
Başına yağışlar döyəcləyir
bax,
İçində sonuncu közü söndürür.
Dünyanın işinə fikir
ver, sevinc,
Səni qəm soruşur, kədər dindirir.
Sən kimdə böyüdün,
kimdə yaşadın,
Qədrini bildimi o soyuq ürək?
Sevincin qədrini bilməkdən ötrü,
Kədərin qədrini biləsən gərək.
Unudun məni
Unudun məni getsin,
20 yanvar kimi...
Elə bilin, olmamışdım,
Heç
ağlamamışdım,
Heç
sevməmişdim...
Məni
unudun getsin
Şəhid kimi
Elə bilin ölməmişdim,
Elə bilin evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı
daraqlayırdı...
Məni
unudun getsin...
13-cü
ay kimi
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri
vardı,
Necə
ki ağac unutdu onu
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm, əlvida!
Allahşükür AĞA
525-ci qəzet.- 2019.- 31 may.- S.13.