9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

 

 

"... Üçrəngli bayrağınla məsud yaşa!.."  

 

 

Azərbaycan xalqlarının tarixən məskunlaşdığı ərazilərin 1813/28-ci illər işğalından - bölünməsindən sonra, bölgədəki passionar toplumun 100 illik etiraz-istiqlal mücadiləsinin nəticəsi olaraq 1918-ci ildə qazanılan dövlət müstəqilliyimizin əsas atribut-rəmzlərindən biri olan bayrağımız, cəmiyətdaxili münasibətlərdə müstəsna və müqəddəs mahiyyətə malikdir. Müstəqil Azərbaycanımızın Milli Bayrağı, dövlətçilik simvolu-rəmzi olaraq Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr iclasında qəbul edilmişilk dəfə 7 dekabrda - Parlamentin açılışı zamanı binasının üzərində qaldırılmışdı.

 

72-73 illik fasilədən sonra 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikasında, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Dövlət bayrağı olaraq elan edilmışdir.

 

31 il öncə, 1988-ci ilin payızı Xalq Azadlıq Hərəkatı başlayarkən təkrar qaldırılan üç rəngli, ay-ulduzlu Milli Bayrağımız, Dövlət Müstəqilliyimizin bərpa edildiyi son 28 ildə Cənubi Azərbaycan üçünbir ideal-məfkurə nümunəsi olmaq baxımından bütöv, vahid vətənli gələcəyimizə yönəlik ümidverici, ruhlandırıcı, səfərbəredici təsir gücünün də daşıyıcısıdır. Azərbaycan Respublikasında "Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" qanun Prezident tərəfindən 2008-ci il 15 sentyabr tarixli Fərmanla təsdiq olunmuş, 2009-cu ilin noyabrından isə Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir.

 

Vətənin ən uca zirvələrinə sancılaraq dalğalanmalı olan Dövlət Bayrağı hər bir xalqın, millətin milli, mübariz ruhunun, qüdrətinin daşıyıcısı, dəsturu olduğu üçün böyük ehtiram və ciddiyyətlə qorunmalı, sonsuz sevgi və sayğılarla əhatə edilməlidir. Eşq olsun, bayrağımızı yaradan və istiqlalımızı yaşadan nəsillərə!

 

Bu bayram münasibətilə poeziyamızın Milli Bayrağımıza həsr olunmuş nümunələrindən bir neçəsini oxuculara təqdim edirəm.

 

Cabir ALPOĞLU ALBANTÜRK

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2019.- 9 noyabr.- S.21.