ADMİU-nun rektoru VIII
Beynəlxalq Mədəniyyət Forumunda
14-16 noyabrda Azərbaycan
nümayəndə heyəti
Rusiyanın Sankt-Peterburq
şəhərində keçirilən
Beynəlxalq Mədəniyyət
Forumunda iştirak edib.
Noyabrın 14-də Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərində
VIII Beynəlxalq Mədəniyyət
Forumu işə başlayıb. Rusiya Federasiyası Mədəniyyət
nazirliyinin nümayəndələri,
Rusiya və xarici ölkələrin Mədəniyyət idarələrinin
və təşkilatlarının
rəhbərləri daxil
olmaqla 91 ölkənin
35000-dən artıq nümayəndəsinin
iştirakı ilə
keçirilən forumda
Azərbaycan Respublikası
Mədəniyyət nazirinin
müavini Sevda Məmmədəliyevanın rəhbərliyi
ilə ölkəmizi
təmsil edən nümayəndə heyətinin
tərkibinə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru
professor Ceyran Mahmudova da daxil olub.
Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış
mərasimində çıxış
edən Rusiya Federasiyası baş nazirinin müavini Olqa Qolodets bildirib
ki, builki tədbir bir sıra göstəricilərinə
görə əvvəlkilərdən
fərqlənir. İştirakçıların sayı 35 min nəfəri
ötüb və
100-dən artıq ölkədən
mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda
350-dən çox tədbir
keçiriləcək. Rusiyanın Mədəniyyət naziri
Vladimir Medinski və
Sankt-Peterburqun qubernatoru
Aleksandr Beqlov çıxış edərək
Forumun əhəmiyyətindən,
şəhərin tarixi-mədəni
irsindən söz açıblar. Qeyd olunub
ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə
investisiya cəlb etməyə kömək edəcək.
Noyabrın 15-də "Lendok" Açıq
Film Studiyasında Azərbaycan
Respublikası Mədəniyyət
nazirinin müavini Sevda Məmmədəliyeva
ilə Rusiya Federasiyasının Mədəniyyət
nazirinin müavini Pavel Stepanov arasında görüş
keçirilib.
Sonra Azərbaycan nümayəndə
heyətinin VIII Sankt-Peterburq
Beynəlxalq Mədəniyyət
Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin,
teatr sahəsində gələcək əməkdaşlığın
inkişaf etdirilməsi
məqsədilə Azərbaycan
Mədəniyyət Nazirliyinə
Rusiya teatr tamaşalarının yazılarının
hədiyyə edilməsi
haqqında protokol imzalanıb.
Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin
müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə
Rusiya teatr tamaşalarının yazıları
ilə yanaşı,
"Arşın mal alan" filminin ilk afişasının surətini
hədiyyə edib. Sonra kinostudiyada yenilənmiş "Arşın
mal alan" filmi nümayiş olunub. Film tamaşaçılar
tərəfindən böyük
maraqla izlənib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova Forum çərçivəsində keçirilən tədbirlərdə
iştirak etməklə
yanaşı, həm də bir sıra
mühüm görüşlər
keçirib, əməkdaşlıq
münasibətləri qurub. Sankt-Peterburq Dövlət Mədəniyyət Universitetinin
rektoru professor Aleksandr
Sergeyeviç Turqayevlə
məhsuldar görüş
keçirilib. Görüşdə iki universitet arasında qarşılıqlı
əlaqələrinin inkişaf
perspektivləri müzakirə
olunub və əməkdaşlıq müqaviləsinin
yenilənməsi haqqında
razılıq əldə
edilib. Sonra Ceyran Mahmudova Universitetin tədris korpusları ilə tanış olub. Bir saatlıq eksursiya ərzində Azərbaycanlı
rektora universitetin tədris binaları olan iki tarixi
bina haqqında ətraflı məlumat verilib.
Ceyran Mahmudova
"Muzeylər və
sərgi layihələri"
seksiyası üzrə
tədbirlərdə də
iştirak edib.
Azərbaycan nümayəndə heyəti,
həmçinin, Marinski
teatrın Yeni səhnəsində baş
tutan rəsmi açılış mərasimində
və qala konsertdə iştirak edib. Tədbirdə çıxış edərək qonaqları salamlayan Rusiya Federasiyasının baş
naziri Dmitri Medvedev forum iştirakçılarına
maraqlı diskussiyalar,
unudulmaz təəssüratlar
və yeni yaradıcılıq axtarışları
üçün güc
və ruh yüksəkliyi arzulayıb.
Professor Ceyran
Mahmudova 16 noyabrda III
Beynəlxalq forum-festivalın bağlanışına həsr
olunmuş D.Şostakoviç
adına Sankt-Peterburq Akademik
Filarmoniyasının böyük
zalında baş tutan
"Caz sərhədləri
aşır" adlı qala-konsertdə də iştirak
edib.
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.