Zəlimxan Yaqubun "Saz" poeması miniatür kitab kimi

 

 

2020-ci ildə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi tamam olur. Qarşıdan gələn yubileylə bağlı artıq indidən bəzi tədbirlər həyata keçirlir. Belə ki, bu günlərdə yaradıcılığında xalqımızın qədim tarixə malik olan mədəni sərvəti - aşıq sənəti mühüm yer tutan şairin "Saz" poeması miniatür kitab şəklində nəfis tərtibatla çap olunaraq geniş oxucu kütləsinin ixtiyarına verilib.

 

Bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı Musa Nəbioğlu bildirib ki, kitab "3 saylı Bakı mətbəəsi" ASC-də işıq üzü görüb.

Xatırladaq ki, bu ilin sentyabrında isə yenə də həmin mətbəədə şairin yaradıcılığına həsr olunmuş elmi-publisistik məqalələrdən ibarət "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlı kitabın IV cildi işıq üzü görüb. Hər iki kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyət işçisi Musa Nəbioğludur.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.