Unudulmaz illər    

 

 

 

Həyatımın böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağındakı unudulmaz tələbəlik illərim tez-tez kino lenti kimi gözlərimin önündən keçir.

Bu il noyabr ayının 7-də elə oldu. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində BDU-nun 100 illiyinə həsr olunmuş tədbir keçirilərkən, mən bir ötən illərə qayıtdım, tələbəlik illərimi yenidən yaşadım. Tədbirə BDU-nun rektoru Elçin Babayev başda olmaqla nüfuzlu nümayəndə heyəti gəlmişdi. ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova qonaqları toplantı iştirakçılarını salamladı hər iki təhsil ocağının rektorları, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində bu əlamətdar, tarixi yubiley günü ilə əlaqədar keçirilmiş tədbirlərdən iftixarla söz açdılar.

Müzakirələrdə mən çıxış etdim, ürək sözlərimi dedim. Mən 1954-59-cu illərdə Bakı Dövlət universitetinin Filologiya fakültəsində təhsil almışam. O vaxt bizə dərs deyən müəllimlərimin sadəcə adlarını sadalasam, məncə, hər şey aydın olar. Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmməd Arif Dadaşzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Cəfər Xəndan, Əkrəm Cəfər, Əli Fəhmi, Muxtar Hüseynzadə, Ağamusa Axundov, Musa Adilov... Belə Ustadları görmək, onların mühazirələrini dinləmək xoşbəxtlikdi. Bu nəhəng elm xadimlərinin hər biri, sözün həqiqi mənasında, bir məktəbdi. O illərdə əsas cəhət müəllimlərimizin biz tələbələrə olan böyük inamıydı. Məsələn, professor Əli Sultanlı III kurs tələbələri olan bizlərə Roma ədəbiyyatına dair rus dilində çap olunmuş ədəbi nümunələri vermiş, onları ana dilimizə tərcümə etməyi tapşırmışdı. Mənə italiyan dramaturqu Terensinin "Qardaşlar" pyesi verilmişdi. Çox tez bir vaxtda həmin pyesi dilimizə tərcümə edib Əli Sultanlıya təqdim etdim. Başqa tələbə yoldaşlarımda onlara verilmiş şeir, poema pyeslərin tərcümələrini hazırlayıb təhvil verdilər. Tez bir zamanda "Roma ədəbiyyatı müntəxabatı" adlı kitab işıq üzü gördü. Həmin müntəxabatda biz tələbələrin tərcümələri verilmişdi. Elə həmin il Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin üzvləri olan Universitet tələbələrinin şeir hekayələrindən ibarət "Gənclik nəğmələri" adlı kitab da çap olundu. Sevincimizin həddi-hüdudu yox idi.

Mən təhsil illərində Universitetin mahnı rəqs ansamblının da fəal üzvlərindən idim, tar çalırdım. Ansamblın bədii rəhbəri məşhur sənətkar, tarzən Əhsən Dadaşov idi. Tez-tez qastrol səfərlərinə gedirdik: Moskvaya, Dərbəndə, Tbilisiyə...

Tələbəlik illərimin unudulmaz hadisələrdən biri böyük türk şairi Nazim Hikmətin Azərbaycana gəlişi onunla 1957-ci ildə Universitetdə keçirilmiş görüş oldu. Akt salonunda oturmağa yer yox idi. Mən lap arxada ayaq üstə dayanıb bu nəhəng sənətkarın çıxışına maraqla qulaq asırdım. O, çıxışının bir yerində dedi: "Məni Universitetinizə dəvət etdiyiniz üçün çox xoşbəxtəm. Gün gələcək, sizlərdən bir nəfər mənim məmləkətimə gedəcək... Ondan bir ricam var. O, mənim Vətənimdə - Türkiyədə olanda desin ki, bizə sizin Nazim gəldi. öyrəndisə bu dünyada, bizdən öyrəndi. Vətənimə məndən salam desin. Çünki bəlkə mən məmləkətimi görə bilmədim. Amma o, görəcək..."

O vaxt ağlıma da gətirə bilməzdim ki, gün gələcək, mən Bakıda Moskvada Nazim Hikmətlə şəxsən görüşəcək sonra da onun yaradıcılığı haqqında dissertasiya yazacağam.

Mən 1961-ci ildə Bakı Dövlət Universitetinin "Yaxın Şərq xalqları ədəbiyyatı tarixi" kafedrasının aspirantı oldum. Nazim Hikmətlə görüşlərim, şair dünyasını dəyişənədək, yəni 1963-cü ilin iyun ayına qədər davam etdi. Mən 1967-ci ildə namizədlik dissertasiyamı müdafiə etdim. Müdafiəmdə Nazim Hikmətin müəllimi hesab edilən Zəkəriyyə Sərtəl (o vaxtlar Z.Sərtəl Bakıda yaşayır, Azərbaycan radiosunun xarici verilişlərində, Türkiyə redaksiyasında işləyirdi) məşhur alimlər Həmid Araslı, Əkrəm Cəfər, Yusif Ziya Şirvani iştirak edirdilər.

Aspirant olduğum müddətdə mənə böyük etimad göstərilmişdi. Mən artıq BDU-nun müəllimi idim. Müdafiəmdən sonra da burada pedaqoji fəaliyyətimi davam etdirdim. Aradan 57 il keçir...

Bu illər ərzində mən Universitetin Şərqşünaslıq fakültəsində ardıcıl dərs deməsəm , həmişə sıx təmasda olmuşam, elmi rəhbər opponent kimi fəaliyyət göstərmişəm.

Bugün Universitet müəllimləri arasında mənim yetirmələrim varbununla fəxr edirəm. Mən BDU-nun yubileylərində də iştirak etmişəm. Bu yubileylərin ən unudulmazı 1969-cu il noyabr ayının 1-də BDU-nun 50 illiyinin qeyd edilməsi günü ilə bağlıdır. Həmin tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilində nitqini salondakılar sürəkli alqışlarla qarşıladılar. O vaxt üçün-bütün tədbirlərin, yazışmaların rus dilində aparıldığı bir dövrdə bu, gözlənilməz bir hadisə idi.

1991-ci ildən mən çox gözəl ab-havası olan unikal bir təhsil ocağında - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Ancaq Bakı Dövlət Universitetini heç zaman unutmuram.

Bu Universitetmənim həyatımın ayrılmaz bir parçasıdır. Yubileylərin birində Şərqşünaslıq fakültəsinin yüksək poliqrafik səviyyədə nəşr etdirdiyi bir bukletiyadigar kimi saxlayıram. Həmin bukletdə mənim foto şəklim və haqqımda qısa məlumatda verilmişdir. Bugün də mənim BDU ilə - bu unudulmaz təhsil ocağı ilə əlaqələrim var. Mən Şərqşünaslıq fakültəsinin nəşr etdirdiyi "Türkologiya" jurnalının redaksiya heyətinin üzvüyəm. Bir vaxt Jurnalistika fakültəsində Dövlət İmtahan Komissiyasının sədri də olmuşam. Hər iki fakültənin professor-müəllim heyəti ilə dostluq əlaqələrim varbu əlaqələr ömrüm vəfa etdikcə davam edəcək.

 

 

Aqşin BABAYEV

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.8.