AzMİU-da memarlıq təhsilinin 100 illiyinə aid sərgi açılıb

 

 

 

Bu gün Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin  100 illiyinə həsr edilmiş kurs buraxılış işlərindən ibarət sərgisinin açılışı mərasimi olub.

 

Tədbirdə dövlət özəl qurumlardan nümayəndələr, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə sərgi işə tanış olublar. Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova sərgidə nümayiş olunan işlərlə bağlı qonaqlara məlumat verib. Dekan vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft  ixtisasları üzrə 30-a yaxın buraxılış işi 100 kurs işi  təqdim olunub. Həmin işlər sırasında bu il MOOCAO-nun Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən XXVIII müsabiqənin qalibləri olmuş işlər nümayiş olunur.

Sərgiyə baxışdan sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, Azərbaycanda memarlıq ali təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Məlum olub ki, respublikamızda Memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin Memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm Universitetin digər fakültələri, həm memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib. Mikayil Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski, Qəzənfər Əlizadə, Davud  Axundov,  Boris Revazov,  Həsənağa  Məcidov,  Eldar  Kanukov, Mürsəl   Nəcəfov,Fikrət Hüseynov kimi memarlıq üzrə alim mütəxəssislər uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə məşğul olublar.

G.Məmmədova Memarlıq fakültəsinin bu günündən danışıb. Fakültə memarlıq dizayn ixtisasları üzrə bakalavr magistr təhsil pilləsində mütəxəssislər hazırlayır təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır, onlardan 300-ə yaxını əcnəbidir. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində  respublikanın  tanınmış  mütəxəssisləri    alimləridir.  Hazırda fakültədə  AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəriŞərəf”, 2 nəfəriŞöhrətordeni laureatı, 14 nəfəri   Əməkdar memar”,  1 nəfəriƏməkdar müəllim”, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.

Rektorun çıxışından sonra təbriklər səsləndirilib. Təhsil Nazirliyiin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı şəhərinin Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi yubiley münasibəti ilə universitetin professor-müəllim heyətini tələbələri təbrik ediblər.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə qonaqları salamlayıb Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi 4 magistr dissertasiyasınınfəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli  diplom qazanması münasibəti ilə universitet fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir eyni  zamanda  tanınmış  memarlıq  məktəbləriylə  yarışmağa  qadir  olmağımızın gözəl nümunəsidir.

Təbrik çıxışlarından sonra qonaqlar Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə işləri qalib olan tələbə və məzunlara, onların rəhbərlərinə diplomlar təqdim ediblər.

 

S.Qarayeva

 

525-ci qəzet.- 2019.- 23 noyabr.- S.10.