Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu

 

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda mərhum şair-rəssam Adil Mirseyidin "Son şeir, son vəsiyyət" adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda tanınmış ədəbiyyat, incəsənət xadimləri, Adil Mirseyidin qələm dostları, ailə üzvləri, oxucular media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid qeyd edib ki, kitabda şairin ömrünün son illərində qələmə aldığı, heç yerdə çap edilməyən şeirləri toplanıb. O deyib ki, Adil Mirseyid 80-90-cı illərin modernizm ədəbi cərəyanının yeni dalğasının nümayəndələrindən biridir. Şairin ixtisasca rəssam olduğunu bildirən R.Məcid onun şeirlərində həyatın müxtəlif rənglərinin əks olunduğunu vurğulayıb.

Sonra Rəşad Məcid məclisin moderatorluğunu yazıçı Kənan Hacıya həvalə edib. Adil Mirseyid haqqında xoş duyğularını paylaşan Kənan Hacı onun həm əzmkar, xarakter sahibi bir insan, həm yaradıcı şəxsiyyət kimi gənclərə örnək olduğunu deyib, təqdim olunan kitab münasibətilə şairin ailə üzvlərini təbrik edib.

AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu Adil Mirseyid şəxsiyyəti, onun söz rəsm yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun sənətkar insan kimi orijinallığını vurğulayıb. A.Mirseyidin fəal zövqlü ədəbiyyat təşkilatçısı olduğunu qeyd edən S.Babullaoğlu onun dəyərli ədəbi nümunələrə qarşı həssaslığından söz açıb. S.Babullaoğlu mərhum şairin tərcüməçilik fəaliyyətindən danışıb, dünya ədəbiyyatına yaxından bələdliyinə diqqət yönəldib. Çıxışının sonunda S.Babullaoğlu A.Mirseyidin "Gecə yağışı" şeirini səsləndirib deyib: "Şairlərin, yaradıcı şəxslərin yaratdığı sənət əsərlərinin onlardan ayrı taleyi olur. Mən bu kitaba ədəbiyyatda yaxşı tale arzulayıram".

Tənqidçi, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli çıxışında deyib ki, Adil Mirseyid özündən əvvəlki, sonrakı şairlərə bənzəyirdi: "O, ədəbiyyata Adil Seyidzadə imzasıyla gəlmişdi. Öz üslubunu yaratmışdı. Təkcə poeziyada deyil, həyatında, rəssamlığında, insanlara münasibətində . Adil Mirseyid sərbəst şeirin Azərbaycandakı sonuncu mogikanlarından idi. O, ixtisasına görə rəssam idi. Şeirlərində dünya, Azərbaycan rəssamlarının adı çəkilirdi. Nəinki çəkilirdi, hətta o, onlar haqqında məqalələr, esselər yazırdı. Onun Paris lövhələri elə idi ki, sanki ayaqyalın Paris küçələrini gəzirdin. O, ədəbiyyata bir neçə obraz gətirmişdi: bədirlənmiş ay, ay işığı sair".

Şair bəstəkar Xanım İsmayılqızı Adil Mirseyidlə 1990-cı illərin əvvəllərində Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzində tanış olduğunu sonradan bu tanışlığın dostluğa çevrildiyini deyib: "O, son dərəcə maraqlı həmsöhbət idi. Hərdən elə bilirdim ki, o, yer adamı deyil. Onun poeziyası bəşəridir, milliyyəti yoxdur. Sanki bütün dünyanı gəzib gəlmişdi. İnsanın onun heç vaxt olmadığı ölkələr haqqındakı dəqiq bilgilərinə, müşahidələrinə heyrət edirdi. Düşünürdün ki, o, həmin yerləri ruhuyla gəzib. Heyf ki, belə bir insanı məişət problemləri sıxırdı. Adil Mirseyid dünənin, bu günün deyil, gələcəyin şairi idi. Onun şeirlərini oxuyanda sanki möhtəşəm bir rəsm əsərinə tamaşa edirsən. İnanıram ki, onun yazdıqları, çəkdikləri gözəl ömür yaşayacaq".

Bəstəkar Aydın Əzimov Adil Mirseyidi öncə rəssam kimi tanıdığını deyib: "Əvvəllər daha çox bəstəkarlar, rəssamlar mühitində olardım. Adilibu mühitin içərisində rəssam kimi tanımışdım. Şair olduğunu bilmirdim. Sonradan bir dəfə öz ifasında şeirini dinlədikdən sonra onun necə bənzərsiz bir şair olduğunu da öyrənmiş oldum. Adil Mirseyid çox dürüst, saf insan idi. Mən onu hər zaman sayğıyla, sevgiylə yad edirəm".

Daha sonra çıxış edən qonaqlardan Nüşabə Vəkilova, Varis Yolçuyev, Nəvai Mətin, Əkbər Qoşalı, Aida Eyvazlı, Rəfael Tağızadə və başqaları mərhum şair-rəssamı xoş sözlərlə yad edib, onunla bağlı xatirələrini bölüşüblər. Aktyor Kamran Yunis şairin şeirlərindən səsləndirib.

Sonda ailənin adından çıxış edən şairin qızı Ayan Mirseyid bu nəşrin Adil Mirseyidin vəfatından sonra çap olunan ilk kitabı olduğunu deyib, onun çapında zəhməti olan hər kəsə, eləcə də çıxışçılara öz təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 30 noyabr.- S.17.