Milli Kitabxanada yeni sərgi

 

 

1975-ci il oktyabrın 1-də UNESCO-nun qərarı ilə Beynəlxalq Musiqi Günü təsis edilib. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur.

Bu münasibətlə Milli Kitabxanada oktyabrın 1-də "1 oktyabr - Beynəlxalq Musiqi Günü" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan və dünya musiqi tarixi, tanınmış musiqiçilər, musiqi festivalları haqqında kitablardövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.13.