İnsanların inamını öldürməyin   

 

 

 

Yaradılanı xoş gör,

Yaradandan ötəri...

Yunus Əmrə

İnam öldürmək adam öldürməkdən pisdir, deyiblər. Belə çıxır ki, ikisi cinayətdir, amma biri aşkar, biri gizlin... Birinə cəza düşür, digərinə yox. Hər ikisinin vəbalı ağırdı, birini bəndə görürsə, o birini Tanrı görür. olsun ki, ortada cismani ölü  yoxdur. Bəzən ölənə deyil, öldürənə təlaşlanırıq birinci halda (mən hər  zaman cinayətin əleyhinəyəm), amma bəzən kimsə özünümüdafiənin qurbanı olur, adı da qalır cinayətkar! Mənəvi cinayətlər var, bu zaman inam, etibar, güvən, yaxşılıq kimi insani hisslər hədəf seçilir, bu adamı səssiz-küysüz, bıçaqsız, gülləsiz öldürür, odsuz yaxır. Hissə-hissə, tikə-tikə tükədir insanı onun ali insanlıq hisslərinə toxunan, sinir damarları üzərində "gəzişənlər". Bilə-bilə "mazol"a basanlar, qəsdən qəsdə duranlar! Vampirdir onlar... Şərt o deyil ki, uzun, köpək dişləri çıxara, sanca şah damara!..

... Hər şeyin iki tərəfi var - qaranlıq varsa, işıq olması mütləqdir, pis varsa yaxşı. Maskalılar da var arasında, öz istəyi naminə əqidəsini dəyişənlər . Ən pisi əqidəsizlikdir, hətta yanlış yol seçənin əqidəsi varsa, deməli, hələ hər şey uduzulmayıb. Vay o günə ki, əqidən olmaya, onda dönüb olacaqsan buqəlamun.

İndi kimi dindirirsən etibarsızlıqdan, bir-birinə qarşı inamın itməsindən danışır, hətta evdə balaca uşaqlara da bu yöndə tərbiyə verənlər var, ailəsindən başqa dostun olmadığı fikri aşılanır saf balalara. Bəlkə özlərinə buraxsaq, daha yaxşı olar?! Nəinki gözləri açılmadan etibarsızlıq, inamsızlıq aşılayırıq - bu, dəhşətdir, məncə. Kim səpdi bu şübhə toxumlarını ürəyimizə, vaxt becərdi, xəbərimiz olmadı. Səbəb soruşursan, bilən yoxdur, amma hamı bir-birindən ehtiyatlanır, aldadılmaqdan qorxur.

Günümüz hadisələrlə doludur, qulaqlarımız da darı dənləyir xəbər üçün. Təki xoş xəbər eşidək, təki yaxşı şeyləri tez görək. Məsələn, nəqliyyatda hələ yaşlı insanlara, uşaqlara yer verən insanlar var, yolpulu olmayanda yardım edənlər, çətinə düşəndə əl uzadanlar, dilənçiyə pul verənlər s. Sevinək, insanlıq yaşayır demək! Amma təki saxtakarlıq olmasın, həmin az sayda olan yaxşı adamları da əməllərinə küsdürməsinlər.

... Orta yaşlı kişi metronun girəcəyində divara söykənib, yanından keçib  uzaqlaşmamış da "bəlkə xəstədir, ürəyi tutub, ya nəsə..." fikriylə geri dönürəm. İki qadın da tez mənə qoşulur.

Qadın:

- olub sizə?

Kişi:

- Astmam tutub...

Mən:

- Dərman qutunuzu verin alıb gətirək.

Kişi:

- Pulum çatmır.

Qadın:

- qədər?

Kişi:

- Dörd manat otuz qəpik...

Qadın çantasından bir göz qırpımında beş manat çıxarıb kişiyə verir.

Mən:

- Bəs oldumu?

Kişi mızıldanır:

- Filan qədər çatmır.

Mən bayaqdan bəri həm adamı müşayiət edirəm, həkim olduğum üçün, necə deyərlər, həm başqa nəzərlə baxıram içimə şübhə sızır (yenə Allah bağışlasın). Hissim "astma tutması belə olmur" pıçıldayır utancaq peşmanlıqla.

Növbəti "beşlik" kişinin ovcuna qonur. Bu zaman o, yanında olan, DVD-ni qadına təklif edir əlbəttə, imtina! Yardım təmənna üçün edilməyib, axı.

Beləcə, ayrılıb yolumuza davam edirik, qadın bir imkansıza yardımda bulunduğundan məmnun, mən həqiqətlə yalanın arasında çırpına-çırpına. Yadıma məşhur Azərbaycan filmindəki bir epizod düşür: Kimdir günahkar?! bir bu yaxında yazdığım şeirdən bir parça:

... Lap elə açıq-aşikar,

Bir yol da qoymur gizlinə.

Sürünə-sürünə gəlir

Düşür əlimə, dizimə -

Yalana bükülü adamlar...

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.21.