"Sevginin dili yoxdur"

 

Baki Kitab Mərkəzində jestlər vasitəsilə poeziya gecəsi keçirilib

 

 

Oktyabrın 12-də "Deaf Community MMC" "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsi keçirib.

 

Tədbir Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin iştirakı ilə baş gerçəkləşib.

 

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında qeyd edib ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək istiqamətində çox mühüm layihələr icra olunur.

 

Poeziya gecəsini layihənin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə aparıb. Gecədə Xalq şairləri Fikrət Qoca Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə, Cənubi Azərbaycandan şair, professor Ağşın Ağkəmərli başqaları çıxış ediblər. 

 

Tədbirdə eşitmə məhdudiyyətli gənclərin komandanın könüllülərinin ifasında Azərbaycanın Dövlət himni, Nəriman Həsənzadə Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm jestlərlə, həm səsli şəkildə təqdim olunub.

 

Jest dilinə tərcüməni "Deaf Community MMC"nin pedaqoq-təlimçisi, mütəxəssis Turan Məmmədli surdo-tərcüməçi Yeganə Tağızadə icra ediblər. 

 

"Deaf Community"nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin "Ey bülbüli tələb eylə" qəzəlini jest dilində təqdim edib.

 

"Deaf Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva "Ümid var" xeyriyyə könüllüləri təşkilatının rəhbəri Nazilə Məhərrəmova  tədbirin əhəmiyyətindən danışıblar.

 

Sonda təşkilatçılar Bakı Kitab Mərkəzinə, ağsaqqal şairlərə qonaqlara təşəkkürlərini bildiriblər.

 

Bakı Kitab Mərkəzindəki görüşdə Ayan Məmmədlinin ifasını dinləyərkən düşündüyüm şeirlər

Tavandan sükut yağır;

Piano qarşısında

Yarı qapalı gözlər,

Gözlər qəlbinə baxır...

, zərif barmaqlardan

Sehirli səslər axır...

Barmaqlar özü çalır,

Özləri rəqs edir.

Rəqs edən barmaqların

Şirin ayaq səsləri

Mənim qəlbimə yağır,

Qəlbimdən axıb gedir.

Allahım, bu duyğu?

möcüzə, səsdir?

Ürəyim deyinir ki,

Sinəm dar qəfəsdir!

Qanad açmaq istərəm,

Uçmaq, uçmaq istərəm,

Yerdən, göydən, dünyadan

Özümdən qaçıram!

Uçuram daha bəsdi!

Sığmıram bu həyata,

Uçuram kainata!

Birdən musiqi kəsdi,

Alqışlara boyandı.

Axı çalan Ayandı.

Mənim ağlım oyandı.

Əgər ruhum uçsaydı,

Həkim baxıb deyərdi:

- Onsuz da bəlli idi,

Özü bir az dəliydi,

Ürəyi zədəliydi,

Hardasa ölməliydi,

Gəldi, burda dayandı.

 

13.10.2019

Ömür

"Öldü" deməyin - uçdu.

Elə ömür var, ondan

Ölüm bir qurtuluşdu.

Bacararsan

Güclü bir insan kimi

Yaşamağı başarsan

Dilsiz, qulaqsız da sən

Dahi ömrü yaşarsan.

 

15.10.2019

Fikrət QOCA

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.13.