Milli Kitabxanada yeni sərgilər

 

Oktyabrın 22-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədovun (Alxan Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə “Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb.

Sərgidə ədəbiyyatşünas-alimin müəllifi olduğu əsərlər, elmi redaktoru, “Ön söz” yazdığı, haqqında yazılmış kitablardövri mətbuat materialları nümayiş olunur.

Dünən həmçinin Cavidlər nəslinin görkəmli nümayəndəsi, musiqişünas, tədqiqatçı, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrul Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrul Cavid – 100” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan   bildirilib ki, bir həftə davam edəcək sərgidə Ərtoğrul Cavidin əsərləri, not-musiqi əsərləri, haqqında yazılan kitablar nümayiş olunur.

Qeyd edək ki, qısa ömründə zəngin irs yaradan Ərtoğrul Cavid Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında, xalq mahnılarının toplanıb nota salınmasında misilsiz xidmətlər göstərib.

 

Şahanə

 

525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.14