"Mənim balaca Şahzadəm" Beynəlxalq Film Festivalında

 

"Azanfilm" animasiya studiyasının istehsalı olanMənim balaca Şahzadəm” (“My Little Prince”) qısametrajlı animasiya filmi Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq film festivalında iştirak edir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildəAzanfilmstudiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam M.Ələkbərlinin EkzupirininBalaca şahzadəəsəri haqqında düşüncə duyğularının, 3d animasiya üslubu ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib.

 

525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 13.