"Tovuzun saz-söz dünyası"  işıq üzü görüb

 

Yazıçı, jurnalist Vaqif İsaqoğlunun “Tovuzun saz-söz dünyası” adlı yeni kitabı işıq üzü görüb. Kitabda Tovuzun ustad aşıqlarından, eləcə də yeni nəsil aşıqlarından söhbət açılıb, yaradıcılıqlarından nümunələr təqdim olunub.     

       Kitabın ön sözünün müəllifi  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov, redaktoru isə Nərgiz Cabbarlıdır.

       Kitab Şərq-Qərb nəşriyyatında çap olunub.

 

525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.13.