Milli Kitabxanada "Hidayət Orucov-75" sərgisi

Sentyabrın 5-də Milli Kitabxanada şair, dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi, ictimai xadim Orucov Hidayət Xuduş oğlunun anadan olmasının 75 illiyi münasibətilə "Hidayət Orucov-75" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə müəllifin ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli mənəvi dəyərlərimiz, türk xalqlarının deportasiyası soyqırımına həsr olunmuş Azərbaycan, rus digər dillərdə nəşr olunan əsərləri, tərtib etdiyi, rəyçi olduğu, tərcümə etdiyi, redaktoru olduğu haqqında yazılan kitablar dövri mətbuat materialları nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək.

525-ci qəzet  2019.-7 sentyabr.- S.13.