Nəsiminin 650 illiyi Berlində xüsusi konsertlə qeyd edilib

 

 

Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimiadlı konsert təşkil edilib.

Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Konsertdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Prezidenti tərəfindənBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqındasərəncamın imzalandığını nəzərə çatdırıb. Eyni zamanda, Azərbaycan Prezidentinin digər sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ilielan edildiyini bildirib. O, iştirakçılara İmadəddin Nəsiminin ömür yolu yaradıcılığı haqqında məlumat verib.

Səfir konsertin təşkil olunması ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.

Konsertdə F. Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarınınAliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair mütəfəkkir İmadəddin Nəsiminin şeir qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub.

Xanəndələr, “Qədim Musiqi AlətləriDövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə opera balet teatrının solisti Mütəllim Dəmirov soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib.

İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Konsertdə Almaniyadakı elmi mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin diasporumuzun nümayəndələri iştirak ediblər.

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.11.