90 yaşlı sənət ocağı  

 

 

Azərbaycan musiqi sənətinə korifeylər bəxş etmiş, bir çox dahininAlma materi olan, təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan, 90 illik tarixə malik Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda peşəkar musiqi təhsilinin təşəkkülü və inkişafında müstəsna rol oynayan mühüm təhsil ocaqlarından biridir.

XX əsrin 20-ci illərində yaranan bu musiqi məktəbi özünün hal-hazırkı statusunu alana qədər uzun, islahatlı bir yol keçmişdir.Bu  mənada musiqi incəsənətinin inkişafı və  gənc nəslin maariflənməsi sahəsində Ü.Hacıbəylinin fədakar fəaliyyətinin rolu və əhəmiyyəti əvəzsiz olmuşdur.1926 – cı ildə Ü.Hacıbəyli tərəfindən tərtib edilən tədris  proqramında musiqi təhsilinin 3 pillədən ibarət olacağı nəzərdə tutulurdu:I pillə - hazırlıq ( 4 il), II pillə orta musiqi təhsili ( 5 il), III pillə - ali musiqi təhsili(5 il). 1928-ci ildə bu sahədə aparılan mühüm islahatlardan sonra Konservatoriyanın nəzdində bilavasitə bu təhsil ocağı üçün kadrlar yerləşdirən musiqi məktəbinin yaranması haqda qərar qəbul edilir. Məktəbin sistemli fəaliyyətinin əsası da, məhz, bu ildən başlayır. 1930 –cu ildə məktəbin proqramı təkmilləşdirilir. 1931 – ci ildə məktəbin I pilləsinin bazasında 60 şagirddən ibarət uşaq musiqi qrupu təşkil edilir. 1933-34-cü illər bu qrupdan yüksək musiqi qabiliyyəti göstərən usaqları ayırıb “Gənc istedadlar qrupu”yaradılır.Təhsilin müddəti 7 il müəyyən edilir. Ü.Hacıbəylinin şəxsi təqdimatı və Xalq Maarif Komitəsinin İncəsənət şöbəsinin 13 sentyabr 1937–ci il tarixli qərarı ilə gənc pianoçu, istedadlı təşkilatçı Kövkəb xanım Səfərəliyeva bu məktəbə direktor təyin edilir.Gənc istedadlara isə Azərbaycan Dövlət Konservatoriyasının ən mötəbər professor və müəllim heyəti dərs deməyə başlayır.1937-38 –ci tədris ilində Xalq Maarif Komissarlığının incəsənət şöbəsinin qərarı ilə ADK – nın nəzdində MoskvaLeninqrad Konservatoriyaları nəzdindəki Mərkəzi Musiqi Məktəblərinin nümunəsi əsasında bir musiqi təhsili ocağı yaradılır və “ Gənc istedadlar qrupu” yenicə yaranmış Mərkəzi Musiqi Məktəbinə  daxil olub, onun özəyini təşkil edirlər.1938-1939 – cu tədris ilində Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Mərkəzi Musiqi Məktəbi yeni adla öz fəaliyyətini davam etdirir.

1939-40 –cı illərdə aparılan əsaslı islahatlardan sonra məktəbdə Azərbaycan və rus bölmələrindən ibarət ümumtəhsil şöbəsinin açılışı olur.Yeddi illik Mərkəzi Musiqi Məktəbinin təhsil müddəti on il müəyyən edilir. Məktəb ADK –nın nəzdində onillik musiqi məktəbi adlanaraq müstəqil həyatına qədəm qoyur.

Bülbül adına məktəb unikal və təkrarsız təhsil sisteminə malik olduğundan Azərbaycan ziyalılarının çoxu övladlarını məhz bu məktəbdə təhsil almağa yönəltmişlər.

1961-ci ildən onillik musiqi məktəbi dövlətin qərarı ilə Orta İxtisas Musiq Məktəbi adlanmağa başlayır və 1962-ci ildə məktəbə Azərbaycan vokal məktəbinin banisi, SSRİ  xalq artisti dahi Bülbülün adı verilir.Məktəbin 10 illik təhsil sistemi, 11 illik təhsil sistemi ilə əvəz edilir.

            Azərbaycanda yeni dünyagörüşlü ziyalılar nəsli yetişməyə başladığından xalqın mədəni maariflənməsi naminə incəsənətə və mədəniyyətə diqqət gücləndirilir. Azərbaycan mədəniyyətinin ön sıralarında addımlayan bu ziyalılar övladlarını məhz bu məktəbdə təhsil almağa yönəldir. Məktəbi bitirənlərin əksəri isə valideynlərindən nümunə götürərək öz övladlarını bu məktəbdə oxutmağa qərar verirlər. Hal-hazırda bu sülalələrdən bir çoxları Azərbaycan mədəniyyətinə təkraredilməz yaradıcılığı ilə daxil olmuş, milli incəsənətimizi yeni töhfələrlə zənginləşdirmişlər. Məhz,  ümumtəhsil və peşəkar musiqi savadı verən, gəncləri milli ruhda böyüdən, onları dünya musiqi mədəniyyəti xəzinəsinin sirrlərinə yiyələndirən,  hər birinin daxili aləmini milli və bədii dəyərlərlə zənginləşdirən musiqi məktəbində Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Tofiq Quliyev, Soltan Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov,Rəsul Rza, Mircəlal Paşayev, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov,Zahid Xəlilov,Məmməd Arif, Cəfər Xəndan, Sabit Rəhman, Əvəz Sadıx, Şəmsi Bədəlbəyli, Həqiqət Rzayeva, Zülfü Adıgözəlov, Qurban Pirimov, Əşrəf Abbasov,Süleyman Ələsgərov, Adil Gəray və onlarla digər ziyalıların övladları təhsil almış, məktəbi bitirdikdən sonra da çoxları valideynlərindən nümunə götürərək öz övladlarını burada oxutmuşlar.

Bu dövrdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində bir neçə şöbə - fortepiano, nəzəriyyə, simlixalq çalğı alətləri şöbələri fəaliyyət göstərir.Simli alətlər şöbəsinə nəfəsli alətlər, zərb alətləri, nəzəriyyə şöbəsinə isə  xor dirijoru bölmələri daxil olur.

1980-ci ildə isə  Xalq çalğı alətləri şöbəsində xanəndə bölümü açılır, şagirdlərə respublikanın  tanınmış sənətkarları Şövkət Ələkbərova, Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov dərs deməyə başlayır.

Azərbaycanın  musiq təhsili məkanında aparıcı mövqelərdə olan Bülbül adına Orta İxtisas Musiqi Məktəbi hər zaman şagirdləri və məzunları ilə fəxr etmiş, xalqın istedadlı övladlarını kiçik qığılcımlardan böyük uzduzlara çevirərək  nəhəng sənət dünyasına yola salmışdır. Yarandığı gündən müasir dövrümüzədək məktəb cəmiyyətimizə böyük şəxsiyyətlər və parlaq simalar bəxş etmişdir.Bir çöx sənət fədailəri, musiqi ifaçılıq sənətinin yenilməz cəngavərləri, Azərbaycan bəstəkarlar ordusunun sərkərdələri, məhz, bu məktəbdə təhsil almışlar. Mövcud olduğu və fəaliyyət göstərdiyi  90 il ərzində adlarını yuksək sənətləri ilə və əldə etdikləri zəfərlərlə musiqi sənətimizin tarixinə qızıl hərflərlə yazmış məzunlarımız: Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Firəngiz Əlizadə, Fərəc Qarayev, Nazim Əliverdibəyov,Murad Kajlayev, Elmira Nəzirova, Polad Bülbül oğlu, Tofiq Bakıxanov, İsmayıl Hacıbəyov, Sevda İbrahimova, Emin Sabit oğlu- Mahmudov, Elnarə Dadaşova, Fərhad Bədəlbəyli, Fidan Qasımova, Çingiz Sadıxov, Sabir Əliyev, Sərvər Qəniyev, Rauf Abdullayev, Kamal Abdullayev, Anton Şaroyev, Elmira Səfərova, Zemfira Səfərova, Gülnar Sadıxova, Oqtay Abbasquliyev, Zöhrab Adıgözəlzadə, Yusif Axundzadə, Ramiz Zöhrabov, Rauf Adıgözəlov, Rafiq Quliyev, Tamilla Mahmudova, Tərlan Seyidov, Ramiz Məlik-Aslanov, Rəşid Seyidzadə, Yusif Axundzadə, Gülmarə Qurbanova, Afaq Cəfərova, Arzu Ələsgərov, Lalə Topçubaşova, Elxan Babayev, Gülnaz Abdullazadə, Həmid Vəkilov, Ədilə Əliyeva, Rasimə Babayeva, Fərhəng Hüseynov, Eldar İskəndərov, Azad Əliyev, Teymur Göyçayev, Teymur Şəmsiyev, Şəhla Mahmudova , İbrahim Quliyev, Yalçın Adıgözəlov,Fərəh Əliyeva, Lalə Hüseynova, Ceyran Mahmudova, Mərcanə Həmzəyeva, Fərid Adıgözəlzadə, Murad Adıgözəlzadə, Murad Hüseynov, Samirə İsmayilova, Elnarə İsmayılova, Lalə Mustafazadə, Əzizə Mustafazdadə, Aida Hüseynova, Samirə Haşımova, Elnarə Haşımova, Nərgiz Kərimova, və onlarla başqaları...

Fəaliyyət göstərdiyi dövrdə müxtəlif  illərdə məktəbə pianoçu Kövkəb Səfərəliyeva, skripkaçı Tahir Atakişiyev, bəstəkar Nazim Əliverdibəyov, violoncel ifaçısı Faik Daşdəmirov, musiqişünas Nigar Cərullaqızı rəhbərlik etmişlər.

1990 – cı illərin əvvəlindən başlayaraq məktəbdə yeni proqramlar hazırlanmış, xor dirijorluğu və bəstəkarlıq fakultativ dərslər tam ixtisas fənləri kimi tədris planına salınmışlar.Məktəbdə  1995 –ci ildə xor kollektivi, 1996 –cı ildə xalq çalğı alətləri  orkestri, 1997 – ci ildə usaq simfonik orkesrti yaradılmışdır. ( rəhbəri bəstəkar Azər Rzayev)

2010-cu ildən bu günədək məktəbə Xalq Artisti, Şöhrət ordenli Teymur Göyçayev rəhbərlik edir.Bu illər ərzində usaq simfonik orkesrti, “Tuttikamera orkestri  fəaliyyətini Teymur Göyçayevin rəhbərliyi altında bərpa etmişlər. Hal-hazırda məktəbdə 4 orkestr fəaliyyət göstərir (Uşaq simfonik orkestri, “Tuttikamera orkestri, Nəfəs alətləri orkestri, Xalq Çalğı alətləri orkestri). Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri respublikanın ən mühüm tədbirlərinin ən fəal iştirakçılarıdır.Şagirdlərimiz məktəbin şərəfini müxtəlif  Beynəlxalq və ölkədaxili müsabiqələrdə böyük şərəflə təmsil edir və saysız zəfərlər qazanırlar. Məktəbimizin tarixinə adlarını sənət qələbələri ilə həkk etmiş 30-a yaxın şagirdimiz yüksək Prezident təqaüdünə layiq görülmüşlər. Onlar- Ülviyyə Dadaşova, Amil Həsənoğlu, Eyyub Quliyev, Əli Məmmədov, İsfar Sarabski, Ceyla Seyidova, Nərmin Nəcəfli, Toğrul Hüseynli, Nigar İbrahimova, Vaqif Nağıyev, Vurğun Vəkilov, Leyla Muradzadə, Aytac Şıxəlizadə, Atabəy İsmayılov, Cəmilə Qarayusifli, Ənvər Kərimov, Cəmilə Əsgərzadə, Anar Seyidov, Çinarə Əzimova, Aytən İbrahimova, Rüstəm Zeynalov, Nərminə İsmayılova, Mirhüseyn Əsədullayev, Leyla Zeynalova, Rəşid Behbudovs.

Son illərər əzində məktəbdə tədris proqramları yenilənmiş, müsbət yekunlarla nəticələnən islahatlar aparılmış, təhsildə keyfiyyət göstəriciləri yüksəlmişdir. Təsadüfi deyildir ki, Bülbül adına məktəbin məzunları ən yüksək göstəricilərlə hər il Azərbaycanın və dünyanın ən mötəbər ali təhsil ocaqlarına müvəffəqiyyətlə daxil olurlar. Məktəbin məzunları Azərbaycan musiqi incəsənəninin və Bülbül adına məktəbin şərəfini dünyanın bir neçə qitəsində yüksək səviyyədə təmsil edirlər. Məzunlarımız dövlətin və vətənin onlara etibar etdiyi yüksək və məsuliyyətli vəzifələrdə böyük əzmlə çalışırlar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, dörd ali təhsil ocağının rektorları, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqının sədrləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi Bülbül adına məktəbin məzunlarıdır.

Son illərdə məktəbin təşkilatçılığı ilə H.Əliyev adına üç Respublika müsabiqəsi, N.Əliverdibəyov adına beş Respublika müsabiqəsi, Milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına üç müsabiqəsi müvəffəqiyyətlə keçirilmişdir. Müsabiqələr nəticəsində onlarla şagirdimiz qalib olmuşlaureat adına layiq görülmüşlər. Bu müsabiqələrin qalibləri Prezident təqaüdünə layiq görülmüşlər.

Hazırda məktəbdə keyfiyyətli və müasir biliklərlə silahlanmış qabaqcıl müəllim ordusu fəaliyyət göstərir.Bu təcrübəli kollektivdə Respublikanın Xalq artistləri, Əməkdar artistlər, Respublikamızın Əməkdar müəllimləri, professorlar, alimlər, müxtəlif  beynəlxalq müsabiqələrin laureatları çalışırlar.

Ölkə prezidentinin sərəncamına əsasən, Bülbül  adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibəti ilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə məktəbin müəllimləri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarova, Ülviyyə Manafova, Valentina Kraynova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər.

Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 90 illik yubileyi şərəfinə silsilə tədbirlər hazırlanmışdır.Respublikanın ən mötəbər məkanlarında, konsert salonlarında şagirdlər rəngarəng və maraqlı proqramlarla çıxış etmişlər.90 illik yubiley tədbirləri çərçivəsində dekabrın 6-dan 9-dək  Future Stars 2018”(“Gələcəyin ulduzları”) IX Beynəlxalq Klassik Musiqi Festivalı Bülbül adına məktəb və Gürcüstanın İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə baş tutumuşdur.Festivalda 3 ölkənin təmsilciləri iştirak etmişlər( Azərbaycan, rcüstan, İran). Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilmişdir.

Dekabrın 13-də Beynəlxalq Muğam Mərkəzində 2016-cı ildə istehsal edilmiş, Bülbül adına məktəbə həsr edilmiş sənədli filmin ilk baxışı və məktəb şagirdlərinin konserti musiqi ictimaiyyətinin böyük  marağına səbəb olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illiyinə həsr edilmiş yekun konserti isə dekabrın 19-da Azərbaycan Akademik Dövlət Filarmoniyasında böyük təntənə ilə keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasınin Təhsil Naziri Ceyhun Bayramov, Mədəniyyət Naziri Əbülfəz Qarayev, Azərbaycan Respublikası Prezident  Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva,  Bakı Musiqi Akademiyasının rektoru SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, digər ali məktəb və mədəniyyət ocaqlarının nümayəndələri, məktəbin məzunları iştirak etmişlər.

Tədbiri açan giriş sözündə  məktəbin tarixi haqda məlumat verildi və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, məktəbin məzunu Polad Bülbüloğlunun təbrik teleqramı qonaqlara çatdırıldi. Konsert Bülbül adına məktəbin nəfəs alətləri orkestri (bədii rəhbər Əməkdar İncəsənət xadimi Əlibala Rzayev) və məktəb xorunun ifasında Azərbaycan himni ilə açıldı.Məktəbin  direktoru, xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə “Tuttikamera orkestri, məktəbin nəfəs alətləri orkestrixor Qara Qarayevin “Gənclik mahnısı”, Nazim Əliverdibəyovun “Qartal balasıyıq” əsərləri iləkonserti davam etdirdi.

Olduqca rəngarəng və maraqlı konsertdə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunları Xalq artistləri Salman Qəmbərov, Ülviyyə Hacıbəyova, Zəhra Quliyeva, Yeganə Axundova, Gülnaz İsmayılova, Murad Hüseynov, Əməkdar artistlər İsfar Sarabski,Nərgiz Kərimova, Nuriyyə Hüseynova, Şəhriyar İmanov, Aleksey Miltıx, İlham Nəzərov, Beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev, Səidə Tağızadə, Ümidə Abbasova, Muxtar Abseynov, Mirhüseyn Əsədullayev, Prezident təqaüdçüləri Nərmin Nəcəfli, Nərminə İsmayılova,Nicat Məsimov, Emil Bağırov, məktəbin məzunlarından ibarət simli ansambl iştirak etdilər.Konsertdə səslənən dünya və Azərbaycan bəstəkarlarının əsərləri böyük zövq, maraq və davamlı alqışlarla qarşılandı.

Bülbül adına məktəb hər  zaman müasir dövrün tələblərini və nəbzini həssas bir orqanizm kimi hiss edərək fəaliyyət göstərən, əsası dahi Ü.Hacıbəyli tərəfindən qoyulan ənənələri ləyaqətlə davam etdirən,müasir musiqi təhsilinin aparıcı qüvvəsi olan sənət ocağıdır.

 

Səadət SƏTTAROVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

 

525-ci qəzet.- 2019.- 4 yanvar.- S.8.