Kamal Abdullanın “Yarımçıq əlyazma”sı Britaniya Kitab Klubunda müzakirə edilib

Dekabrın 20-də Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab KlubundaYarımçıq əlyazmaromanı müzakirə edilib. 

Bu barədə əsəri ingilis dilinə tərcümə edən Anna Tompson məlumat verib. O, imkan taparaq görüşdə iştirak edib müzakirə haqqında müfəssəl məlumat təqdim edib. Anna Tompson bildirib ki, Kamal AbdullanınYarımçıq əlyazmaromanının müzakirəsi böyük maraqla keçib: “Kitab Klubu Britaniya Kitab mağazalarında üstünlük təşkil edən Şimali Amerika Qərbi Avropa ədəbiyyatlarından kənara çıxaraq, hər ay oxuyub müzakirə etmək üçün fərqli bir kitab seçir. Əsərin müzakirəsi çox böyük maraqla keçdi”.

Anna Tompsonun dediyinə görə, müzakirələr əsasən mif, reallıq tarixi yazılar üzərində aparılıb:  Oxuculardan biri şərh verdi ki, bu kitab onutamamilə başqa aləməsaldı. Müqayisələr arxeoloqlar Troya şəhərinin qalıqlarını tapana qədər mif hesab olunan Troya müharibəsi ilə aparılırdı. Digər bir oxucu isə əlyazmanın sanki parçalandığını yaranan boşluqların doldurulmasının oxuculara həvalə edildiyini vurğuladı. Tarix ayrı-ayrı faktlardan ibarətdir o faktlar tamamilə aşkar olunanda tarixə baxış dəyişir. Oxucular əsərin  mövzusunu müzakirə edərkən, özləri üçün bəzi məsələləri aydınlaşdırmaq istəyirdilər. Hekayənin sonunu  nəzərə alaraq, onlar maraqlanırdılar ki, Dədə Qorqud Aruzdan yaxa qurtarmaq üçün kimi qurban verəcək. Müzakirə iştirakçılarına elə gəlirdi ki, xan öz kürəkənini sevmir. Məsələn, bir oxucuya görə Xan Qazanı qurban vermək istəyir. Bəlkə , Xan Uruzun böyüməsini gözləyib, daha sonra Qazandan bu şəkildə yaxa qurtarmaq istəyir? Oxucular  Qorqudun, həqiqətən , müsbət, yaxud mənfi obraz olması ilə maraqlanırdılar, halbuki bu obraza artıq isinişmişdilər. Boğazca Fatma da Xızır kimi onların diqqətini cəlb edən digər məşhur bir fiqur idi”.

Anna Tompson əlavə edib ki, müzakirə iştirakçılarında xüsusilə Nur Daşı mübahisə doğurub onun başqa yerdə olub-olmaması ilə maraqlanıblar:

Romanın gözə çarpan digər bir səciyyəvi cəhəti başçının evinin yağmalanması ilə bağlı idi. Bu vaxta qədər bu haqda heç kəs heç eşitməmişdi. Banuçiçəyin evliliyi  isə başqa bir oxucunun marağına səbəb oldu. Oxuculardan birinə xüsusilə Təpəgözün taxta qılıncı qalxanı xoş gəldi o, bunu sehrli çubuqla müqayisə etdi”.

 

Oxucular bir neçə hekayəni özündə ehtiva edənYarımçıq əlyazma” maraqla qarşılayıb onlar müəllifin əlində olan məlumatla gələcəkdə edəcəyini bilmək istəyiblər:  Ümumiyyətlə, onlara elə gəlir ki, o, gənc kitabxanaçıya məftun olmuşdur, ya da müəllif onun işlərinə laqeyd yanaşan bir ruh obrazı uydurub”.

Müzakirə iştirakçıları kitabın ingilis dilindəki versiyası ilə bağlı bir sıra faydalı fikirlərini də irəli sürüblər. Klubda Şah İsmayıl və Kitabi-Dədə Qorqudla bağlı məlumatları kifayət qədər olmayan oxucular yazıçıdan daha müfəssəl bir giriş istəyiblər. Obrazların çoxluğu və adların naməlumluğu xarici oxuculara çətinlik yaratdığı üçün onların istəklərindən biri də obrazların siyahısını və bir-biri ilə əlaqəsini göstərməkdən ibarətdir. Oxuculardan biri qeyd edib ki, “bizə kömək lazımdır”. Əsərin əvvəlində oxucu naməlumluqdan konfuza düşsə də, yarıya çatdıqda o bundan zövq alır və marağı getdikcə artır.

Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubu 2006-cı ildə təsis olunub. Burada müxtəlif mədəniyyətləri təmsil edən insanlar ayda bir dəfə toplanıb Qərbi AvropaAmerika hüdudlarından kənarda olan ədəbiyyatlardan bəhrələnərək, onları dünyada təbliğ edirlər. Kitab və müəlliflər altı ay öncədən müəyyənləşir. Müzakirənin sonunda seçilmiş əsər Dünya Elektron Kitab mağazasının bazasına daxil edilir və müəllifin müxtəlif mükafatlara namizədliyi irəli sürülür. Ümumiyyətlə, kitab klubları tarixində ilk dəfədir ki, Azərbaycan ədəbiyyatından əsər və azərbaycanlı müəllif seçilib.

Qeyd edək ki, “Yarımçıq əlyazma” romanının Britaniya Kitab Klubunda müəllifdən xəbərsiz müzakirə edilməsi Azərbaycan ədəbiyyatının təqdir olunmasının əyani sübutu və göstəricisidir.

525-ci qəzet  2019.- 5 yanvar.- S.13.