Əjdər Ol İstanbulda Türk Ədəbiyyatı Vəqfinin qonağı olub

 

 

İstanbuldakı Türk Ədəbiyyati Vəqfində Azərbaycanın tanınmış şairi nasiri Əjdər Olun iştirakı iləTürkün könül coğrafiyasıadlı konfrans keçirilib.

 

Tədbir zamanı ədibin qələm dostu, tərcüməçi İmdad Avşarın çevirdiyi Vəqfin nəfis tərtibatda nəşr etdirdiyiTütün limanıhekayələr toplusunun təqdimatı da gerçəkləşib. Vəqfin başqanı Sərhəd Kabaklının Əjdər Ol haqqında dolğun təqdimatından sonra tədbir İmdad Avşarın moderatorluğu ilə davam edib.

Əjdər Ol öz yaradıcılığı barədə geniş danışaraq, bu nəşrdə digər kitablarında yer alan əsərlərinin mövzu qaynağından söz açıb, onların əsasən gerçəkçiliyə söykəndiyini vurğulayıb. Deyib ki, həyat fəaliyyət yolunda bir çox maraqlı hadisələrin canlı şahidi olaraq gördüklərini bədii formada oxucularına çatdırmağa çalışıb. Poetik yaradıcılığından bir neçə nümunə söyləyən Əjdər Ol iştirakçıların onunla daha yaxından tanışlığına imkan yaradıb.

Oxucuları maraqlandıran sualları cavablandırdıqdan sonra məşhur ozan Əsəd Kabaklı Əjdər Ola Vəqfin fəxri plaketini təqdim edib. Sonda Əjdər Ol yeni çıxan kitabını tədbir iştirakçıları üçün imzalayıb.

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.13.