Davos-2019: Dünyada Azərbaycana maraq artır

DÜNYA İQTİSADİ FORUMU AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA VƏ ÖLKƏMİZİN BÖLGƏDƏ OYNADIĞI ROLA XÜSUSİ ƏHƏMİYYƏT VERİR

İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu öz işinə başlayıb.

Ənənəvi olaraq, hər il keçirilən forum qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi önəmli platformaya çevrilib. Belə bir tədbirə Azərbaycan prezidentinin mütəmadi dəvət alması ümumbəşəri problemlərin həllində ölkəmizin tutduğu mövqe, oynadığı rola verilən əhəmiyyəti özündə ehtiva edir. Bu mənada, regionda unikal tərəfdaşlıq platforması yaradan, həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən, nəqliyyat enerji dəhlizləri ilə dünyanın diqqət mərkəzinə düşən, böyük investisiya şirkətlərini özünə cəlb edən Azərbaycan budəfəki forumun işində aktiv iştirakı ilə seçilir. "Dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması" mövzusuna həsr olunan forumda iştirak etmək üçün Davosa səfər edən Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər ayrı-ayrı dövlətlərin, beyin mərkəzlərinin, nüfuzlu şirkətlərin Azərbaycana olan marağını, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətini bir daha ortaya qoyub.

Təsadüfi deyil ki, İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında keçirilən görüşün, aparılan səmərəli müzakirələrin nəticəsi olaraq yeni istiqamət üzrə əməkdaşlığın əsası qoyulub. Söhbət Azərbaycan Hökuməti Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında qurulan əlaqələrdən gedir. Bu məqsədlə Azərbaycanın dövlət başçısı Dünya İqtisadi Forumunun prezidenti arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Tərəflər arasında baş tutan söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti dövlət başçısı İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirib Azərbaycanın 4-cü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. B.Brende son 20 ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlət başçısı bildirib ki, Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan İlham Əliyev əminliklə vurğulayıb ki, ölkəmiz bu vacib layihədə yaxşı tərəfdaşlar olacaq.

Prezident, həmçinin, növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlət başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirib.

Prezident ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verib, böyük nəqliyyat infrastruktur layihələrinin, o cümlədən, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm region üçün əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verib.

B.Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə edib. Bildirilib ki, Azərbaycanın qonşu region dövlətləri ilə iqtisadi əməkdaşlığının ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Dövlət başçısı daha sonra "Visa" şirkətinin prezidenti Rayan Maklnerni ilə görüşüb. Görüşdə R.Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Azərbaycan prezidenti ilə görüşmək olduğunu xüsusi vurğulayıb. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən, bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib. Dövlət başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

Bundan başqa, Prezident İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO" şirkətinin icraçı vitse-prezidenti satış rəhbəri xanım Gerri Elliott, Gürcüstanın baş naziri Mamuka Baxtadza digər nüfuzlu siyasətçi, qurum şirkət rəhbərləri ilə görüşlər keçirib, əlaqələrin inkişafı istiqamətində səmərəli danışıqlar aparıb.

Prezidentin Davos səfəri ilə bağlı fikirlərini bildirən Milli İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, Davos Dünya İqtisadi Forumu yenidən 4-cü sənaye inqilabı mövzusunu gündəmə gətirib: "Ötən il bu mövzu aparıcı olub. dördüncü sənaye inqilabında, anlaşıqlı desək, bütün sahələrdə, ətrafımızda olan hər şeydə rəqəmsal transformasiya baş verəcək.

Söhbət rəqəmsallaşmaqdan getmir. Bu, artıq arxada qalmış proses hesab olunur.

Yəni fiziki, texnoloji, rəqəmsal bioloji olan varsa, onlar arasında sərhədlər, demək olar ki, yox olacaq".

O.Gündüzün sözlərinə görə, dünyanın hazırda mövcud olan trendlərinə baxsaq görərik ki, proses artıq başlayıb: "Müasir gedişat hökumətlərdən, biznesdən bütövlükdə cəmiyyətdən dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşmağı strateji hədəflər müəyyən etməyi tələb edir".

Ekspert qeyd edib ki, Davos Forumunun hesabatına görə, yaxın bir neçə ildə milyonlarla yerləri ixtisara düşməlidir: Hansı ki, bu yerlərində vacib olan bilik bacarıqlar artıq heç kimə lazım olmayacaq. Yeni peşələr, yeni bilik-bacarıqlara malik işçilərə ehtiyac yaranacaq".

"Davosda Prezident İlham Əliyev Azərbaycan Hökuməti Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişini imzalayıb. Dövlət başçısı bildirib ki, dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində Azərbaycan da çox fəal iştirak edəcək. Düşünürəm ki, vaxt az, rəqabətə davamlı infrastruktur qurmaq, rəqəmsal transformasiya üçün görüləcək işlər, həllini gözləyən problemlər isə çoxdur. Əldə olunan uğurlar inkişaf etdirilməli, xüsusilə düşünürəm ki, biznes üçün daha münbit şərait yaratmaq, biznesə dövlət müdaxiləsini münimuma endirmək lazımdır", - deyə O.Gündüz bildirib.

Bu mənada, ekspertin fikrincə, yeni çağırışlara cavab verən, dördüncü sənaye inqilabının hədəflərinə istiqamətlənən yeni strategiya hazırlanmalıdır.

Deputat Elşən Musayev isə qeyd edib ki, Davosda təşkil olunan Dünya İqtisadi Forumu hər zaman öz əhatə dairəsi qloballığı ilə diqqəti cəlb edib. O, SİA-ya bildirib ki, forumun ciddi siyasi əhəmiyyəti var: "Bu səbəbdəndir ki, ölkə prezidenti İlham Əliyev uzun illərdir Davosda keçirilən tədbirdə iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə Azərbaycan həqiqətləri barədə səhih, təfsilatlı məlumatlar verir".

"Bu qurum həm obyektib hesabatları ilə məşhurdur. Davos İqtisadi Forumunun ötənilki hesablamalarına əsasən, Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında isə 1-ci yeri tutub. Bu il isə güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu deməkdir? Bu o deməkdir ki, həm dünyanın biznes hegemonlarının toplandığı məclisdə Azərbaycanla əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək", - deyə, E.Musayev qeyd edib.

Ceyhun ABASOV

525-ci qəzet.-2019.-23 yanvar.-S.1;3.