Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ikinci dəfə nəşr olunub

 

 

Yazıçı Kamal AbdullanınSehrbazlar dərəsiromanının ikinci nəşri işıq üzü görüb.

KitabQanunNəşriyyatında çap olunub. İlk dəfə 2006-cı ildə nəşr olunanSehrbazlar dərəsiromanı oxucuların ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman parallel dünyalar arasındakı ahəngdən, atası Cəllad başını axtaran Karvanbaşının teleyin hokum ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömredən dərvişin hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

Əsər müxtəlif dillərdə müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib.

Romana ön sözü professor Aydın Talıbzadə yazıb.

Kitabda italiyalı professor, məşhur şərqşünas alim Franko Kardininin, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberqin, rusiyalı alim Lyudmila Lavrovanın, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenarunun, professor Aydın TalıbzadəninSehrbazlar dərəsiromanı haqqındakı yüksək fikirləri yer alıb.

Professor Franko Kardini roman haqqında fikirlərini aşağıdakı şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum həmkarım Kamal AbdullanınSehrbazlar dərəsiromanı ilə məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.

Daniyet Rotternberq isə qeyd edib ki, Kamal Abdulla “Sehrbazlar dərəsi”ndə çox mühüm mövzulara qədim tarixi bir fonda nəzər salır. Müəllif oxucunu füsunkar təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə intizarda saxlayır.

Lyudmila Lavrovaya görə, Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə əski zamanlarda gördüyü röyaya çevrilirsən bu röyalar haqqında roman yazırsan.

Lyudmila Bejenarunun fikrincə isəSehrbazlar dərəsimüəllifin özünün müəyyən etdiyi kimi roman-fantaziyadır, bizi Azərbaycan xalqının ulu əcdadlarının sehrli aləminə, Şərq nağıllarının qabaqcadan bilinməyən füsunkar xəzinəsinə gətirib çıxarır.

Romanı bütün kitab mağazalarından əldə etmək olar.

 

525-ci qəzet.- 2019.- 24 yanvar.- S.7.