Başlıbel faciəsindən bəhs edən
“Qanlı kaha” kitabı təqdim olundu
Qarabağ müharibəsi tarixində
elə hadisələr
var ki, haqqında
ya çox az söz
açılıb, ya
da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə
keçən Kəlbəcər
rayonunun ən böyük və ən ucqar kəndlərindən
olan Başlıbeldə
baş verənlər
də həmin hadisələrdən biridir.
Tanınmış jurnalist Elxan Salahovun “Qanlı kaha” sənədli-publisistik
povestində Başlıbel
kəndinin erməni terroristləri tərəfindən
işğal edilməsi,
işğal zamanı
köməksiz vəziyyətdə
qalıb mühasirəyə
düşən kənd
sakinlərinin dörd
aya yaxın müddətdə məhrumiyyətlərlə
dolu həyatından söhbət açılır.
Dünən Beynəlxalq Mətbuat
Mərkəzində “Aşıq
Şəmşir” Mədəniyyət
Ocağı İctimai
Birliyinin təşkilatçılığı
ilə, tanınmış
jurnalist Elxan Salahovun yenicə çapdan çıxmış
“Qanlı kaha” kitabının təqdimat
mərasimi keçirilib.
“Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyinin sədr müavini Həbib Misirov giriş sözündə
deyib ki, “Qanlı kaha” kitabında erməni quldurları tərəfindən Başlıbel
kəndində törədilən
faciə təsirli dillə oxuculara çatdırır. Mühasirədə qalan uşaq, qoca, qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq
göstərən şəxslərin
şücaəti, vətən
sevgisi burada öz dolğun əksini tapıb.
Kitabın müəllifi Elxan Salahov deyib ki,
“Qanlı kaha”
1993-cü ildə Kəlbəcər
rayonunun işğalı
zamanı Başlıbel
kəndinin yurd-yuvasını
tərk etməyən,
4 ay ərzində kahalara
sığınmış 76 dinc sakinin mühasirə
həyatından bəhs
edir. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi
ilə keçən ağır həyatı, soyuğa, aclığa qarşı apardıqları
mübarizə Qarabağ
müharibəsinin ən
dəhşətli səhnələrindəndir.
Mühasirə zamanı
dəfələrlə erməni
silahlılarının hücumuna
məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 sakin
amansızlıqla qətlə
yetirilib, 1 nəfər
itkin düşüb,
29 nəfər isə
yalnız gecələr
gizli dağ yolları ilə mühasirədən çıxa
bilib. Qətlə yetirilən sakinlərin
27 nəfəri, girov götürülənlərin isə
hamısı mülki
vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın,
1-i azyaşlı uşaq,
7 nəfəri yaşı
70-dən yuxarı qoca,
o cümlədən, 3 nəfəri
yaşı 100-ü keçmiş
şəxsdir. Təəssüflər olsun ki, Azərbaycan
ərazisinin işğalı
zamanı törədilən
ağır cinayətlərə
görə təcavüzkar
Ermənistana qarşı
beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib”.
E.Salahov bildirib ki, Başlıbel
kəndi Kəlbəcərin
ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı
kənd ucqar olduğuna görə sakinlərin ermənilərin
Kəlbəcəri üzük
qaşı kimi mühasirəyə almasından
gec xəbər tutmuşdular: “Kənd əhalisi inana bilməyib ki, doğrudan da Kəlbəcər işğal
oluna bilər. Çoxları bunun təxribat
xarakterli məlumat olduğunu hesab edib. Ona görə də
kimsə öz evini tərk edib getməyib. Aprel ayının 1-də kəndin
ayağı yer tutan sakinləri dağ yolu ilə
Kəlbəcərə doğru
köç etməyə
başlayıb. Lakin kənddən
yaşlılar, uşaqlar,
xəstələr və
qadınlar çıxa
bilməyib. Evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının
kəndə gəlişi
ilə başa düşüblər ki, həqiqətən də Kəlbəcər işğal
olunub. Həmin andan sonra sakinlərin
bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən
tərəfindən qətlə
yetirilib, 5 nəfəri
girov götürülüb,
qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də
dağlarda kahalara sığınıb. Mən də
məhz o insanların
100 gündən çox
birlikdə yaşadığı
zamanı qələmə
almışam”.
Xalq şairi
Sabir Rüstəmxanlıya
görə, “Qanlı
kaha”da təsvir olunan hadisələri, günahsız insanların
əzablarını, dözülməz
şəraitdə hər
cür məhrumiyyətə
tab gətirmələrini dünya
ictimaiyyətinə çatdırmaq
lazımdır. 100 gündən
artıq müddətdə
təbiətin bir parçası kimi yaşamaq hər xalqın işi deyil. Bu, xalqımızın
başının ucalığıdır.
Hər kəs elə bilir ki, dövr
bitdi, torpaqlar getdi. Amma elə deyil.
Qarabağın ermənilərin əlində qalması bizim tarixi faciəmizdir.
Mən Azərbaycanı
Kəlbəcərsiz, Qarabağsız
təsəvvür edə
bilmirəm”.
Əməkdar jurnalist Əlövsət
Ağalarov qeyd edib ki, Başlıbel
camatı inanılmaz dəhşətlərlə, müsibətlərlə
üzləşib: “Kitabı
oxuduqca o dəhşətlər,
insanların yaşadıqları
faciələr göz
önündə canlanır.
Başlıbel kəndində törədilmiş
soyqırımın canlı
şahidlərinin fikirləri,
mühasirədə qalan
uşaq, qoca qadınların həyatını
xilas etmək üçün böyük
fədakarlıq göstərmiş
şəxslərin şücaəti,
Vətən sevgisi bu kitabda özünün
hərtərəfli əksini
tapıb. Peşəkar
jurnalist Elxan Salahov “Qanlı kaha” kitabını yazmaqla ermənilərin Başlıbeldə törətdiyi vəhşiliyi,
cinayəti şahidlərlə,
faktlarla oxuculara təqdim etdi. O insanların yaşadıqları
acıları, dəhşəti
hər kəsə göstərmiş oldu”.
Əməkdar elm xadimi Şahlar Əsgərov vurğulayıb
ki, ermənilərin köməksiz vəziyyətdə
kahalara sığınmış
dinc sakinlərə qarşı törətdikləri
vəhşilikləri kitabdan
oxuduqca insanı dəhşət bürüyür. Şahidlərin
“Qanlı kaha”dakı sözləri isə insanın damarda qanını dondurur: “Erməni daşnaklarının
Başlıbeldə günahsız
insanlara qarşı törətdikləri bu cinayət ən ağır cəzaya layiqdir”.
Qulu Məhərrəmli
XX əsrin başlanğıcında
və sonunda ermənilər tərəfindən
Azərbaycanın Qarabağ
bölgəsində azərbaycanlı
əhaliyə qarşı
kütləvi qırğınlar
törədildiyini önə
çəkib. Ermənilərin məqsədi yalnız
müharibədə qalib
gəlmək yox, Qarabağ ərazisində
yaşayan müsəlman
əhalisini tamamilə
məhv etmək olub. Bu da
düşünülmüş surətdə törədilən
cinayət və soyqırımdır. Azərbaycanın Qarabağ
regionuna gəlmə olan bu ermənilərin
azərbaycanlı əhaliyə
qarşı törətdiyi
aşağıda qeyd
olunan vəhşiliklər
tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı
yönəlmiş bir
terrordur. Kəlbəcər rayonunun Başlıbel
kəndində də ermənilər insanlığa
sığmayan bir cinayət, sözün əsl mənasında, terror,
soyqırım törədib”.
Hadisələrin iştirakçı olmuş
Elşad Əzizov, Səlim Mehdiyev Kəlbəcərin işğalı
zamanı yaşanan dəhşətlərdən, mühasirədəki
çətinliklərdən bəhs ediblər.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 26 yanvar.- S.11.