Əməkdar müəllim
Səxavət Tağlar: "Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası ölkədə uğurla
həyata keçirilir"
Beş ildən
artıqdır ki, Azərbaycanda təhsilin inkişafı üzrə
Dövlət Strategiyası
ölkədə uğurla
həyata keçirilir.
Mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş
təhsilin inkişafı
istiqamətində davamlı
işlər görülür,
həyata keçirilən
islahat xarakterli tədbirlər müsbət
göstəricilərin əldə
olunmasını təmin
edir.
Azərbaycanda hər bir sahədə
müşahidə olunan
dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə
nəzərə çarpır.
İnkişaf və yeniləşmə
yetərincədir. Məktəbəhazırlıq
qruplarının yaradılması,
tam orta təhsilin təmayülləşməsi, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri, "İl
çərçivəsi"ndə qarşıda duran vəzifələr, ötən
dərs ilinin təhsildə keyfiyyət
ili elan edilməsi, 2018-2019-cu dərs
ilinin ümumi təhsil sahəsində prioritet fəaliyyət istiqamətləri, eləcə
də pedaqoji mühazirələrin keçirilməsi
dediklərimizə bir
nümunədir. Bu gün Təhsil Nazirliyi sistemində kadrların seçilməsi,
yerləşdirilməsi, onların
əməyinin stimullaşdırılması
zərurətdən gələn
mexanizmlərlə tənzimlənir.
Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi
yolu ilə əməkhaqqı artımı
142 mindən çox müəllimi əhatə
edir. Miq yolu ilə yeni təyinatlar şəffaflığa təminat
olmaqla məktəblərimizə
yeni nəfəs və ruh gətirib.
İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim
Səxavət Tağlarla
(Tağıyev) söhbətimizdə
də məhz ümumi təhsilimizin bugünkü mənzərəsinə
bir nəzər salmağa çalışdıq.
Qeyd edək
ki, Səxavət Tağlar (Tağıyev)
1958-ci ildə İmişli
rayonunun Əliqulular kəndində anadan olub. 1980-ci idə Xankəndi Pedaqoji İnstitutun pedaqoji fakultəsini, 1984-cü ildə
isə SSRİ Jurnalistlər
Birliyinin Jurnalist Sənətkarlığı Institutunu
bitirib. 1980-87-ci illər doğulub boya-başa çatdığı
kənddə müəllim,
direktor müavini və 1988-ci ildən isə İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktorudur.
İşlədiyi müddətdə
məktəbin qabaqcıl
iş təcrübəsi
dəfələrlə Təhsil
Nazirliyi və Təhsil Şöbəsi
tərindən öyrənilərək
yayılmışdır. 2007-ci
ildə səmərli
fəaliyyətinə görə
Prezident İlham Əliyevin sərəncamı
ilə Əməkdar müəllim fəxri adını layiq görülüb. O, eyni
zamanda, ədəbi yaradıcılıqla da məşğuldur. AYB-nin Aran Bölməsi
üzrə məsul katib, "Vətənpərvərlik
işinə görə"
medallı, Beynəlxalq
Rəsul Rza mükafatlı yazıçı-publisisdir.
"Qarabağ düşüncələri",
"Gecikmiş məktub",
"Bir nəslin dörd fəsli",
" Ana fəryadı", " Şərqin bülbülü"
ədəbi-bədii əsərlərin
və eyni zamanda, ümumi təhsilin bütün aspektlər üzrə fəaliyyət planlarını
əks etdirən
"Məktəbin fəaliyyətinin
planlaşdırılması təcrübəsi" adlı
metodik vəsaitin müəllifidir.
- Səxavət müəllim,
direktoru olduğunuz orta məktəbdə hansı mühüm yeniliklər edilib, islahatlar aparılıb.
- Üçüncü ildir
ki, məktəbimizdə
məktəbə hazırlıq
qrupu fəaliyyət göstərir. Qrupda dərs deyən
sinif müəllimləri
kursdan keçmiş və imtahan verərək sertifikatlar almışlar. Cəlb olunmuş
5 yaşlılar Təhsil
Nazirliyi tərəfindən
dərslik və digər təlim komplektləri ilə təmin olunublar. Hazırlıq qruplarından I sinfə
gələn uşaqlarımız
təlimə hazırlıqları
ilə fərqlənirlər.
İslahatların nəticəsidir ki, məktəbimizdə kadr problemi yoxdur.
Miq yolu ilə müxtəlif
ixtisaslar üzrə 7
nəfər müəllim
qəbul etmişik.
Onlar da hazırlıqlı və yüksək savada malik pedaqoqlardır.
Qeyd edim ki, həmin müəllimlər Azərbaycanın
müxtəlif ərazilərindən
- Bakıdan, Göyçaydan,
Yevlaxdan və elə doğma İmişlimizin başqa yaşayış məkanlarından
olsalar da, özlərini qərib
hiss etmirlər, kollektivə
və kəndə tam
uyğunlaşıblar. Nə deyim,
islahat-yeniləşmə başlayan
gündən onun mövqeyindəyəm, bu barədə düşüncə
və təkiflərimi
deməkdən çəkinməmişəm.
Məktəbimizə yeni islahatların
gətirdiyi faydalardan da qürur duyuram.
- Bir qədər də ümumi təhsilin inkişafı istiqamətində görülən
işlər barədə
danışardınız...
- Yerində olan sualdır. "Ümumi
təhsil sahəsində
2018-2019-cu dərs ilinin
priopitet fəaliyyət
istiqamətləri barədə"
təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrində cari dərs ilinin pedaqoji mühazirələri də
məhz bu mövzuya - "Müasir dövrdə ümumi təhsilin aktual problemləri"nə həsr
olunub. Müəllimlər, məktəb rəhbərləri
bu mövzuda pedaqoji mühazirələr
işləyirlər. Ən yaxşı
mühazirələr mətbuata
verilməklə ictimaiyyətə
çatdırılacaq. Təbii ki, respublika turunda yer almış
mühazirələri nəzərdə
tuturam.
Məktəblərin maddi-texniki bazası, kadr potensialı və ərazi-yaşayış
məkanları müxtəlif
olduğu kimi, problemləri də müxtəlifdir. Ümumən, problemləri isə belə görürəm:
Təhsildən yayınma
halları, erkən nigah və nişanlanma,
istilik və içməli su təchizatının qeyri
qənaətbəxş olması,
valideyn-məktəb əlaqəsindəki
rabitəsizlik, proqram materiallarının ağırlığı,
məktəb rəhbərlərinin
uzun illər bir məktəbə "sancılması" prinsipi,
cəmiyyətdən gələn
digər neqativ hallar və sair.
- Ümumi təhsildə
"İl çərcivəsi"nin prioritet fəaliyyət istiqamətləri
nədir və bu istiqamətdə nə kimi işlər
görülüb?
- Dərs ilinin ümumi təhsil sahəsində prioritet fəaliyyət istiqamətləri
dövlətin təhsil
siyasətinin əsas hədəflərinin yerinə
yetirilməsinə xidmət
edir. Əmrlə bağlı Təhsil
Nazirliyinin aidiyyatı
şöbələrinin, Təhsil
Şöbəsinin rəhbərliyinin
əməli köməklikləri,
pedaqoji mətbuatda və TN-ın internet saytında istiqamətyönümlü
yazılar olduqca faydalıdır. Bütün
bunlara istinadan məktəbimizdə fəaliyyət
göstərən "Kiçik
Akademiya"nın fəaliyyətini "Hər
bir uşaq istedadlıdır" devizi
ilə qururuq. İstedadlı şagirdlər müxtəlif
fənlər və xüsusi qabiliyyət tələb edən sahələr üzrə öz bilik və
bacarıqlarını daha
da artırırlar.
Keçirdiyimiz "Mütaliə
aylığı", "Unutsaq unudularıq" tədbirləri, Azərbaycançılıq
ideologiyasına və
müstəqilliyimizə həsr
olunmuş müzakirələr,
şagird təqdimatları,
müsabiqə, esse, inşa və bədii qiraət işləri, X-XI siniflərdə
dövlətimiz, ordu quruculuğu və Prezident İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən söhbətlər
ümumi təhsil sahəsində dərs ilinin prioritet fəaliyyət istiqamətlərinin
qarşıya qoyduğu
vəzifələrdi.
"İl çərçivəsi"nə
uyğun olaraq ayrı-ayrı fənlərin
tədrisi vəziyyətini
öyrənib PŞ-da
müzakirələr etmək
üçün qrafik
tərtib etmişik. Pedaqoji Şuranın
fəaliyyət planına
istinadən yaradılmış
müvafiq komissiyalar bu işin öhdəsindən
bacarıqla gəlirlər.
Noyabr ayında tarix-coğrafiya,
dekabr ayında Azərbaycan dili və ədəbiyyat, yanvar ayında isə kimya-biologiya fənlərinin tədrisi
vəziyyəti öyrənilərək
ixtisas müəllimlərinə
əməli köməklik
göstərilmiş və
tövsiyələr verilib.
Qeyd edim ki, sözügedən
əmrin 2.1 maddəsini
əldə rəhbər
tutaraq şagirdləri
davamlı zəif nəticə göstərən
müəllimlərin məsuliyyət
məsələsi və
hətta onlarla bağlanan ƏM-nə xitam veriləcəyi barədə məlumatlar hər bir müəllimə
izah olunub.
- Niyə görə təhsil sferasında görülən işləri
tez sosiallaşır, müzakirələrə səbəb
olur?
- Bilirsiniz, təhsil alanların hərəsi bir ailənin nümayəndəsidir. Məktəbdə baş verən, müşahidə olunan bütün hadisə və söz-söhbətlər sürətlə ailələrə gedir. Ailələrdə isə informasiyanı qəbul etmək, başa düşmək tendesiyası müxtəlifdir. O informasiya, o xəbər ki, həqiqəti əks etdirir, doğrudur, deməli, işin xeyrinədir. Aşkarlığın təmin olunmasına, şəffaflığa kömək göstərəcəkdir. Önəmli odur ki, Təhsil Nazirliyi heç vaxt indiki kimi vətəndaşlara açıq olmayıb. Elə buna görə də hazırda sosial mediada 100144 nəfər izləyicisi var. Sualınız məni bir qədər əvvəllərə apardı. Vaxt var idi ki, sosiallıq sevilmirdi, açıq-saçıq müzakirələr və həqiqəti söyləmək qəbahət sayılırdı. İndi tam əksinədir. Hər kəs fikrini deyir, ictimai rəyə qoşula bilir. Prezidentin tapşırığı ilə bütün nazirlər yerlərdə olur, vətəndaşlarla görüşür, onların dərd-sərini öyrənirlər. Bu baxımdan təhsil naziri Ceyhun Bayramovun bölgələrdə olması, vətəndaşlarla görüşməsi olduqca faydalıdır. Belə görüşlər məmnunluqla qarşılanır.
Vilayət ƏLİYEV
İmişli rayon Təhsil
şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2019.- 29 yanvar.- S.4.