Milli Kitabxanada Aşıq Ədalət - 80” kitab sərgisi

 

 

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibov) 80 illiyi münasibətilə kitab sərgisi təşkil edilib. Sərgidə sənətkara həsr edilmiş kitablardövri mətbuat nümunələri yer alıb.

Aşıq Ədalət 1939-cu il yanvarın 27-də Qazax rayonunda anadan olub. “Yanıq Kərəm”, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani” və başqa saz havalarının bənzərsiz ifaçısı olub. Ustad sənətkar 2017-ci il sentyabrın 14-də vəfat edib.

 

525-ci qəzet.- 2019.- 30 yanvar.- S.8.