Əziz MirəhmədovunSeçilmiş əsərləriçap olunub

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əziz Mirəhmədovun "Seçilmiş əsərləri" nəşr edilib.

 

Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə çap olunub.

 

Nəşrin məsləhətçisi ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin "Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi" adlı yazısı ilə açılır. "Elm təhsil" nəşriyyatında çap olunan, 654 səhifədən ibarət kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur. Tərtibçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.

 

Kitaba AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyası seçilmiş məqalələri daxil edilib.

 

Kitabın nəşriyyat redaktorları filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Maral Poladova Mehparə Axundovadır.

 

"Azərbaycan Milli Kino Günü" adlı virtual sərgi hazırlanıb

 

Avqustun 2-si Azərbaycan kinosu günü idi. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycan Milli Kino Günü" adlı sərgi virtual rejimdə təqdim olunub.

 

Bu barədə Kitabxanadan məlumat verilib.

 

Sərgidə mövzuya dair təqdim olunan resurslar tam mətnləri ilə yer alıb.

 

525-ci qəzet.- 5 avqust.- S.13.