Milli Kitabxana Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda iştirak edib

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanasıseriyasından professor Elman QuliyevinAbay Kunanbayevkitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib.

 

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış nitqi ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb.

 

İki hissədən ibarət videokonfransda tanınmış elm adamları iştirak ediblər. Daha sonraSelam sana kalemkaşlımadlı video konfrans iştirakçılarına nümayiş olunub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, mütərəqqi bəşəriyyət bütün türk dünyası, türkdilli xalqlar qazax xalqının böyük şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir. Beynəlxalq mədəniyyət təşkilatı TÜRKSOY özünün çoxillik ənənələrinə sadiq qalaraq 2020-ci iliAbay ilielan etmişdir çox təəssüflər olsun ki, bütün dünyanı cənginə alan pandemiya təhlükəsi Abayın yubileyinin geniş şəkildə qeyd olunmasına imkan vermədi və biz çox az tədbirlərlə kifayətlənməli olduq. Böyük Abay Azərbaycanda da daim sevilən şairlərdən olub onun əsərləri, habelə Qazax ədəbiyyatının böyük klassiki Muxtar AuezovunAbayromanı hələ sovet dövründə Azərbaycanda çox böyük tirajla çap olunaraq yayılıb. Abayın şeirləri respublikamızda dillər əzbəri olub.

 

K.Tahirov öz çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirib: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var o, öz xalqını xoşbəxtliyə firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”.

 

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova kitabxananın tərtib etdiyiAbay Kunanbayev – 175” (http://anl.az/el/vsb/Abay_Kunanbayev/index.htm ) adlı virtual kitab sərgisini konfrans iştirakçılarına təqdim etmişdir. Virtual sərgidə Abay Kunanbayev haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, Abayın portretləri, müəllifi olduğu əsərlər, haqqında yazılan kitab məqalələri tam mətnləri ilə öz əksini tapıb.

 

525-ci qəzet.- 2020.- 11 avqust.- S.9.