Qriqoryanlaşdırılmış Alban abidələri .

 

"525-ci qəzet"in builki 25 noyabr tarixli sayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qədim Alban mədəniyyətinə aid xeyli sayda məbədin, kilsənin, monastırların olması barədə "Ermənilər qədim Alban məbəd və abidələrinə qənim kəsilib" başlıqlı yazı dərc olunub.

 

Yazıda sözügedən məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təklif və rəyləri ilə tanış oldum.

 

Rəşad Məcid bildirir ki, mənfur ermənilər qədim Alban irsinə sahib çıxaraq albanlara aid hər şeyi mənimsəyiblər. Şəkinin Kiş kəndindəki qədim abidəni, Laçın rayonundakı Ağoğlan məbədini, Kəlbəcərdəki Gəncəsər, Xudavəng monastırlarını, Ağdərənin Müqəddəs Yelisey digər bu kimi qədim Alban abidələrini ermənilər öz adlarına çıxıblar.

 

Gündüz İsmayılov isə qeyd edib ki, Qarabağda ona yaxın ərazilərdəki Alban kilsələrinin mütləq əksəriyyəti qriqoryanlaşdırılıb.

 

Tədqiqatlar göstərir ki, ermənilər vaxtilə özlərini əzabkeş xalq kimi qələmə verərək, rus çarına yarınaraq 1836-cı ildə Alban kilsəsinin erməni Qriqoryan kilsəsinə tabe edilməsinə nail olublar. Bununla da həmin vaxtdan sonra ermənilər Alban tarixini saxtalaşdırmağa, tamamilə təhrif etməyə başlayıblar. Sovet hakimiyyəti dövründə Alban kilsələri bərpaetmə təşəbbüsləri adı altında məqsədli şəkildə qriqoryanlaşdırılaraq erməniləşdirilib.

 

Bu tədbirlər Gəncəsər, Xudavəng məbədlərində olduğu kimi, Laçın rayonundakı Ağoğlan məbədində həyata keçirilib. Müəyyən vaxtlarda Ağoğlan məbədinin interyerinə, ornamentlərinə bədii daş nümunələrinə dəyişikliklər edilib, məbədin üzərindəki daş kitabələr ermənilər tərəfindən müxtəlif bəhanələrlə çıxarılaraq aparılıb, bəzi daşlar üzərində olan yazılar nümunələr yonularaq oxunulmaz, tanınmaz vəziyyətə salınıb, bəziləri isə oğurlanıb. Bütün bunlar Ağoğlan məbədinin yerləşdiyi ərazidə yaşayan sakinlərin şahidliyi altında baş verib. Onların hər hansı birindən soruşulsa, bu faktlar öz təsdiqini tapar.

 

Bu yazıda bütün bunlarla bağlı özümün bildiyim şahidi olduğum faktları diqqətə çatdırmağa çalışacağam.

 

Atamgil altı qardaş, bir bacı olublar. Onların atası, yəni babamız Mərdan kişi kəndin ən imkanlı ən qoçaq sakinlərindən biri sayılıb. Sovet hakimiyyətindən əvvəl yaşadığı Kosalar ətraf kəndlərin əhalisinin təhlükəsizliyinin qorunması ilə bağlı da geniş fəaliyyət göstərdiyi üçün bölgədə tanınan hörmətli şəxs olub. Böyük oğlunu təsərrüfat işləri ilə əlaqədar öz yanında saxlayıb, digər oğlanlarına isə Sovet hakimiyyətinin gəlişindən imkanlarından istifadə edərək təhsil almalarına çalışıb, nəticədə oğlanlarının hər biri ali orta ixtisas təhsili aldıqlarından sonrakı dövrlərdə rayonda mühüm vəzifələrdə çalışıblar, rayonun ətraf kənd məktəblərində müəllim direktor kimi fəaliyyət göstəriblər.

 

 

 

Ən kiçik əmim Musa Mərdan oğlu Təhməzov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin bitirib, rayonun bir sıra kəndlərindəki natamam tam orta məktəblərində direktor işləyib. Eyni zamanda, yaşadığı Ağoğlan (köhnə adı Kosalar olan) kəndində əhalini vaxtaşırı tarixi hadisələrlə, mövcud ictimai-siyası vəziyyətlə tanış edib, kənd əhalisi arasında müəyyən təbliğat işləri aparıb, yaşadıqları kənddə yerləşən Ağoğlan abidəsinin Alban məbədi olduğu, 5-ci əsrdə tikildiyi, 9-cu əsrdə təmir edildiyi barədə tarixi sənədlərin mövcudluğu, bu məbədin ermənilərlə heç bir əlaqəsinin, mənsubiyyətinin olmadığını izah edib. O, yeri gəldikcə əhalini erməni-müsəlman (türk-azərbaycanlı) münasibətləri barədə ətraflı məlumatlandırıb, Ağoğlan məbədinə ermənilərin ziyarətə gəlmələrinin heç bir əsası olmadığını, onların ora gəlib-getmələrinə icazə verməmələrini bildirib. Lakin bütün bunlara baxmayaraq, qonşu erməni kəndlərindən (Gorus rayonunun Xənəzən, Bayandur, Xoznavar başqalarından), hətta Gorus İrəvan şəhərlərindən, Fransa ermənilərindən ibarət "ziyarətçi" dəstələrin buraya gəlişi təşkil olunurdu. Ermənilərin belə kütləvi axınını görən Musa əmim bir neçə dəfə onların qarşısını kəsərək Ağoğlan Alban məbədinə gəlməmələri barədə xəbərdarlıq edib, bu kimi xəbərdarlıqlara məhəl qoyulmamasını görüb məbədin girişinə xüsusi qapı düzəltdirərək oranı bağlayıb nəticədə xeyli müddət ermənilərin ora gəlişinin qarşısı alınıb. Lakin ermənilərin qonşu Gorus rayon rəhbərliyinə müraciətlərindən onların Laçın rayon rəhbərliyindən xahişlərindən sonra qonşuluq münasibətləri nəzərə alınaraq ermənilərin Ağoğlana ziyarətə gəlmələrinə icazə verilib.

 

Bu tədbirlərə baxmayaraq, Ağoğlan məbədinin ermənilərlə heç bir əlaqəsinin olmamasına inanan kənd sakinlərindən Qaçay əmim, Umud kişi, Əyyub kişi, Rəcəb kişi, Əhliman kişi, Novruz kişi, Bayram müəllim, Yaqub müəllim digər kənd cavanları da haqlı olaraq ermənilərin Ağoğlana gəlib-getmələrinə maneələr yaradıblar.

 

Atam kənddə, sovxozda rəhbər vəzifədə işləyərkən Ağoğlan məbədinin minbərinə ermənilər tərəfindən qoyulmuş dəmir xaç fiqurunu kəsdirərək atdırıb, ermənilərin məbədə gəlişinə qadağa qoyulub. Rayonun Mədəniyyət şöbəsi tərəfindən abidənin üzərinə onun Alban abidəsi olması, albanlar tərəfindən 5-ci əsrdə tikilməsi 9-cu əsrdə təmir edilməsi barədə məlumat lövhəsi vurulsa da, rayon rəhbərliyinin yenidən müdaxiləsindən sonra ermənilərin məbədi ziyarətinə icazə verilib.

 

 

 

İşğaldan sonra Gorus rayonunun Xənəzək kəndindən Ağoğlan məbədinənədək olan 3 kilometrlik yol genişləndirilib, abidədə müəyyən təmir-yenidənqurma işləri aparılıb. Hörmətli akademik, tarixçi, alim Yaqub Mahmudovun mətbuata verdiyi məlumatlardan aydın olur ki, bu yenidənqurma zamanı da məbəddə ermənisayaq əməliyyatlar həyat keçirilib.

 

Bütün bunları ona görə yada saldım ki, yerli əhalidən, bölgənin yaşlı nəsillərindən indiyədək gəlib çatan məlumatlarda Ağoğlan məbədinin ermənilərlə heç bir əlaqəsinin olmaması, hətta abidənin heç bir dini əhəmiyyət kəsb etməməsi təsdiqini tapır. Yaşlı nəsildən bizlərə gəlib çatan bilgilərə görə, bu abidə Yaxın şərqdən, İrandan Zəngəzur dərəsi boyu yaşayış məntəqələrinə, Dərələyəzə, Göyçəyə, oradan da Türkiyəyədək aparılan gətirilən malların mübadiləsi, ticarətin təşkili məntəqəsi (dayaq-duracaq nöqtəsi) olub. Abidənin quruluşu, həyətindəki karvansaray, at dəvələrin dayanmaları, eləcə malların yığılması mühafizəsi üçün yerlər, tərəflərin görüş-qəbul otaqları, ərazinin müdafiə-mühafizəsi üçün tikilən hündür hasar, hətta ərazidən keçən çayın (Minkənd çayının) üzərində tikilmiş tağlı "Padşah körpüsü" adlanan körpü (böyüklüyünə əzəmətinə görə belə adlandırılıb) başqa mühəndis-kommunikasiya vasitələri yuxarıda qeyd etdiyim faktların gerçəkliyinə tam əsaslar yaradır. Göstərilən faktlar bir daha təsdiqləyir ki, Laçın rayonundakı Ağoğlan məbədi digər Alban abidələrinin erməni kilsəsinə tabe olunması barədə rus çarının 1836-cı il tarixli qərarı həmin abidələrin, xüsusilə Ağoğlanın inşasından 12 əsr, təmirindən 9 əsr sonra verildiyindən, tamamilə asassızdır, ermənilərin bu abidələrə sahiblik etmələri isə onların öz xislətlərinə uyğun saxtakarlıqlarının nəticəsidir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Azərbaycandakı Alban abidələri ilə əlaqədar "525-ci qəzet"də qaldırılan məsələlər, Albanşünaslıq Elmi Mərkəzinin yaradılması barədə qəbul olunan qərarlar olduqca təqdirəlayiqdir. Lakin hesab edirəm ki, hazırkı vəziyyət bu məsələ barədə uzun müddət vaxt ayırıb elmi tədqiqat işləri aparılmasına imkan vermir. Çünki Qarabağın dağlıq hissəsindəki Alban abidələrinin ermənilər tərəfindən ziyarətinə Rusiya sülhməramlılarının şərait yaratması barədə ermənilərin onların təəssübkeşlərinin müraciətləri müsbət həllini taparsa, bizim sonradan hər hansı bir qərar qəbul etməyimiz gecikmiş olacaq. Buna görə hesab edirik ki, məsələnin daha geniş miqyasda ictimai müzakirəyə çıxarılmasına ciddi ehtiyac var. Fikrimizcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öz səlahiyyətlərindən istifadə edərək bu barədə müvafiq qərar qəbul olunması üçün respublika hökuməti, eləcə Milli Məclis qarşısında məsələ qaldırılması faydalı olardı. İnanırıq ki, bu məsələni ictimailəşdirən şəxslər - Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bölgədəki müsəlman icmasına - dininə qarşı bu ədalətsiz və məkirli tarixi qərarın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə nail olacaqlar.

 

Elbrus TƏHMƏZOV

Azərbaycan Respublikası Milli Məclisinin Laçın rayonundan olan sabiq deputatı

 

525-ci qəzet.- 2020.- 16 dekabr.- S.7.