Əyyub Quliyevə Macarıstanın fəxri ordeni təqdim edildi

 

 

 

Macarıstanın Azərbaycandakı səfirliyində Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı - "Qızıl xaç" ordeninin  təqdimat mərasimi keçirilib.

 

525.az xəbər verir ki, Macarıstanın Azərbaycanda fövqəladə səlahiyyətli səfiri cənab Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq lahiyələrdə  uğurlu əməkdaşlığını nümunə olaraq qeyd edib. Sonra isə iki ölkə arasında mədəni əlaqələrin inkişafı genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstanın dövlət başçısı cənab Yanoş Aderın adından "Qızıl xaç" ordeni xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.

 

Öz çıxışında Əyyub Quliyev Azərbaycan mədəniyyətinə dirijorluq sənətinə verilmiş bu yüksək qiymətə görə Macarıstanın Prezidenti  Yanoş Ader, ölkənin baş naziri Viktor Orban   şəxsən səfir Viktor Sederkenyeye təşəkkürünü bildirib, Macarıstanla ilə bağlı həm yaradıcılıq, həm şəxsi xatirələrini bölüşüb. Macarıstan simfonik kamera orkestrları, görkəmli ifaçıları ilə Nyu-Yorkun "Karnegi hall" zalında, Sankt-Peterburqun Mariinski Teatrında konsertləri, Budapeştdə "Klassz a Parton" festivalı, 2019-cu ildə Akademik Opera Balet teatrının simfonik orkestri ilə tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər "Nərgiz Fondu" nun dəstəyi ilə gerçəkləşmiş xeyriyyə konserti ilə bağlı xatirələrini dilə gətirib. Təqdi

 

525-ci qəzet.- 2020.- 15 dekabr.- S.9