Məndən soruşsalar

 

1981-ci ildə Şimali Makedoniyanın Üsküb şəhərində doğulub. Aziz Kiril Metodiy Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət Türk dili müəllimi olaraq çalışıb. 2002-ci ildən yayımlanan "Körpü" jurnalının baş redaktorudur.

 

 

Məndən soruşsalar belə deyərdim:

Danışmaq çətin deyil, çətini susmaqdır,

Yazmaq çətin deyil, çətini yazmamaqdır,

Ağlamaq çətin deyil, çətini ağlamamaqdır,

Anlatmaq çətin deyil, çətini anlaşılmaqdır,

Ölmək çətin deyil, çətini yaşamaqdır,

Gülmək çətin deyil, çətini gülümsəməkdir,

Bilmək çətin deyil, çətini anlamaqdır,

Sevmək çətin deyil, çətini aşiq olmaqdır,

Yatmaq çətin deyil, çətini oyanmaqdır,

Dərd çətin deyil, çətini dərd daşımaqdır,

Günahkar olmaq çətin deyil, çətini günahlandırılmaqdır,

Yetim olmaq çətin deyil, çətini kimsəsiz qalmaqdır.

 

Leyla ŞƏRİF EMİN

 

525-ci qəzet.- 2020.- 19 dekabr.- S.18.