"Tarixi Qələbə" müsabiqəsinin qalibləri  

 

"525-ci qəzet"in sosial şəbəkə hesabları üzərindən İkinci Vətən müharibəsinin Qələbə xəbəri münasibətilə həvəskar yazarlar üçün keçirdiyi "TARİXİ QƏLƏBƏ" adlı hekayə və şeir müsabiqəsi başa çatıb.

 

Belə ki, 16-26 noyabr tarixlərində qəzetin İnstagram və Feysbuk  hesabları üzərindən keçirilən yarışmanın qalibləri 27 noyabr tarixində bəlli olub. Müsabiqənin şərtlərinə əsasən, ən çox bəyənmə sayı toplayan 3 iştirakçı qalib elan edilib, onlara "525-ci qəzet" adından kitab hədiyyə edilib.

 

Qalibləri və yarışmaya qoşulan hər bir kəsi təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik!

 

Müsabiqədə ən çox bəyənmə sayı toplayaraq qalib adı qazanan müəlliflərin yazılarını təqdim edirik:

 

***

 

 

I yer

 

 

 

Vətənin uğrunda canın verənlər,

 

Ürəyimə girib  Vətən oldular.

Sinəsin gülləyə sipər edənlər,

Cənnətə birbaşa gedən oldular.

 

***

 

Qarabağ deyəndə gözü gülənlər,

Torpağı canından üstün bilənlər,

Həyatın yurduna fəda edənlər,

Şəhidlik dadını bilən oldular.

 

***

 

Dünyaya şərəflə vida edənlər,

Bizi gözüyaşlı qoyub gedənlər,

Son nəfəsində də Vətən deyənlər,

Bu şanlı tarixə düşən oldular.

 

Zülfiqar İsayev

 

525-ci qəzet.- 2020.- 3 dekabr.- S.15.