Qələbəmiz ədalətin bərpasıdır...
Haqqı-ədaləti bərpa etmək üçün Ordumuz zəfər yürüşünə
çıxdı. 44 günlük Vətən müharibəsində dostlarımıza
qürur verəcək,
düşmənlərimizi məyus edəcək bir şanlı tarix yazmaqla, bir daha birliyimizin,
vətənpərvərliyimizin nəyə qadir olduğunu sübut etdik.
Belə deyim var ki,
ancaq sağlam milli şüura malik olan xalq
öz haqqını qoruya bilər. Bütün bunlar
ataların oğulları
ilə bir yerdə döyüşə
girməsi, anaların
əsgər övladlarına
etdiyi duaları ruhən bir yerdə birləşən
möhtəşəm bir
millət kimi haqlı zəfərimizi qazanmağımıza səbəb
oldu. Azərbaycan generalları dünyaya
simmetrik hücum taktikasını nümayiş
etdirdi.
Xarici medianın
yaralı əsgərlərimizin
şəhid yoldaşlarını
çiyninə alaraq Şuşaya qalxması faktlarını heyrətlə
yazması bizim millətin verdiyi sözü necə tutması anlamının təzahürüdür. Mərd oğullarımız
bir-birinə söz vermişdilər ki, biryerdə Şuşaya daxil olsunlar. Bu da, onların əzmi, rəşadəti
və narahat ruhların Şuşa
istəyinin gerçəkləşdirilməsi
idi. Bir gözümüz ağladı, bir gözümüz güldü.
Qələbəmiz bizim gücümüzün,
vətənpərvərliyimizin bariz nümunəsi olmaqla, həm də milli birliyimizi
bir daha üzə çıxardı.
Arzularımızla birlikdə özümüz
də dirçəldik.
Mənim xalqım yer üzündə ən gözəl duyğulara malik, humanist, qürurlu xalqdır. Bizim ruhumuz, xislətimiz
Vətən üçün,
torpaq üçün
sevgidən yaradılıb.
Hər bir insanın - uşaqdan böyüyə
qədər necə səfərbər olaraq bu çətin dönəmlərdə ön
cəbhə üçün
əlindən gələn
köməkliyi etməyi,
qələbəmizə birgə
sevinməyimiz, əsgər,
qazi, şəhid ailələri üçün
həm mənəvi, həm maddi köməkliyi hər bir insan bacardığı
qədər əsirgəməyərək
etdi. Bütün dünyanı bürüyən
pandemiya vəziyyəti
demək olar ki, çox yerlərdə həyatı
dondurmasına baxmayaraq,
bütün bunlar Vətən sevgimizə, ruh yüksəkliyimizə,
əzmimizə təsir
etmədi.
İnanaraq döyüşə atıldı
mərd oğullarımız,
şəhid olub tanrının rəhmətinə
qovuşdular, qazi olub bu günlərinə
şükür etdilər. Vətən müharibəsinin
bugünkü qələbəsi
bu gün yurdumuzu bizə qanları, canları bahasına qaytaran şanlı ordumuz bizləri utanclı yaşamaqdan qurtardı.
İllərdir Vətən xiffəti
çəkən soydaşlarımızın
dediyi kəlmələr
belə idi ki, özümüz Vətəndən uzaqda yaşasaq da, ruhumuz öz torpaqlarımızda olub.
Bu gün də düşmənin torpaqlarımızdan
çıxmasını 27 il əvvəl
öz evlərini tərk edən soydaşlarımızla müqayisə
edərək bir daha necə humanist xalq olduğumuzu dünyaya sübut etdik. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: "Dünyada bir çox müharibələr
olub. Bu gün
də bəzi yerlərdə müharibələr
davam edir. İnanmıram ki, bu qədər qəddar, qeyri-insani xüsusiyətli
bir düşmənlə
kimsə üz-üzə
qalsın. Bizim tarixi
zəfərimiz erməni
faşizmi üzərində
əldə edilmiş
qələbəmiz haqqın,
ədalətin bərpasıdır".
Bəli,
Ali Baş Komanadanım!
Bu gün bizim
qələbəmiz illərdən
yığılaraq qisas
hissi ilə düşmənin cavabını
vermək istəyən
bütöv bir xalqın zəfəridir.
Bu zəfəri Siz bizə yaşatdınız.
Odlar yurdu diyarımızın bu qalibiyyətini bundan sonra bizlər hər bir sahədə
üzə çıxarmalıyıq. Artıq dəmir
yumruq ətrafında bütöv Azərbaycanımızı
parçalanmağa izn
verməyəcəyik. Bu birliyimizə kölgə
salmaq istəyənlərə,
bizi güclü görmək istəməyənlərə
yalnız gücümüzlə
cavab verəcəyik.
Ayıq-sayıq olaraq gələcək
nəsillərimizi heç
vaxt düşmənin
hiyləsinə uymamağa
çağıracağıq.
Narahat ruhlar illərdir ki, Qarabağ səmasında dolanır. Şəhidlərin intiqamı, günahsız
körpələrin fəryadı,
naləsi həmin torpaqlarda inildəyirdi.
Bu gün o nakam
qalmış taleləri
yaşayan insanların
ruhları şad oldu. Şəhid anaları, biz sizlərin
haqqını ödəyə
bilmərik. Ancaq onlar
bütov bir Azərbaycan uğrunda qanları bahasına bütün şəhidlərin
qisasını almaqla ən yüksək mərtəbəyə layiq
oldular.
Güclü, iradəli Ali Baş
Komandanımızın ətrafında yüksək səviyyədə
təlimlənmiş müasir ordumuz, əsgər və zabitlərimizin
yüksək əhval-ruhiyyəsi və nəhayət, ordu ilə xalq birliyi bizim qələbə
əldə etməyimizin səbəbi oldu.
Bir daha
apardığınız uğurlu siyasət
üçün Sizə təşəkkür
edirik Ali Baş Komandan! Səmərəli
hərbi və iqtisadi nailiyyətlərə
görə Sizə minnətdarıq. Azərbaycan qalibiyyətinin
tarixini yazan sərkərdəmiz.
Bu haqq mübarizəmizin
qələbəsi illərdən bəri aparılan uğurlu siyasətin nəticəsidir.
Suma
HÜSEYNOVA
Fizika
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 8 dekabr.- S.16.