Yarım əsrə uğurla yekun vuran "Türkologiya"  

 

Elchinibrahimov85@mail.ru

"Türkologiya" jurnalı SSRİ Elmlər Akademiyası Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya tyurkologiya" adı ilə 1970-ci ilin aprel ayından çıxmağa başlayıb. 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1993-ci illərdə SSRİ EA-nın müxbir üzvü, SSRİ EA Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri Əthəm Tenişev jurnalın baş redaktoru olub.

 

SSRİ-nin süqutundan sonra Azərbaycan EA Rəyasət Heyətinin 16 yanvar 1992-ci il tarixli iclasında jurnalın gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilir. Qərarda deyilir: "Keçmiş SSRİ EA ilə Azərbaycan EA-nın müştərək orqanı olan "Sovetskaya tyurkologiya" jurnalının adı dəyişdirilsin 1992-ci ilin ilk nömrəsindən etibarən jurnal "Türkologiya" adı altında buraxılsın". Eyni zamanda, jurnalın baş redaktoru akademik Ağamusa Axundov təyin edilir (1993-2015-ci illər). 2015-ci ildə isə bir il ərzində jurnala akademik Tofiq Hacıyev baş redaktorluq edir.

 

"Sovetskaya tyurkologiya" adı ilə 1992-ci ilə qədər fəaliyyət göstərən jurnalın 149 sayında 1569 məqalə çap olunub. Bunlardan 36-sı xarici ölkə (ABŞ, Almaniya, Fransa, Macarıstan, Çin, Türkiyə, Polşa, Bolqarıstan b.) alimlərinə, yerdə qalan 1533-ü isə SSRİ alimlərinə aiddir. Bu illərdə Azərbaycan alimlərinin çap olunmuş məqalələrinin sayı 186-dır.

 

Müstəqilliyin ilk illərində "Türkologiya" jurnalı ciddi maliyyə çətinlikləri ilə üz-üzə qalır. 1993-1998-ci illərdə jurnalın fəaliyyəti demək olar ki, dayanır 5-6 aylıq fasilələrlə nəşr edilir. Onu demək kifayətdir ki, 1994-cü ildə jurnalın bir nömrəsi, 1995-1996-cı illər üçün isə 1-6 şəklində yenə bir nömrəsi çap olunur. Bundan sonra 1999-cu ilə qədər jurnal öz fəaliyyətini dayandırır.

 

Jurnalın mütəmadi nəşr olunmasını həyata keçirmək məqsədilə 1999-cu ildə dövlət vəsaiti hesabına AMEA tərəfindən maliyyələşdirilməsinə qərar verilir. Jurnal Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təsisçiliyi ilə çap olunur. 1993-cü ildən 2016-cı ilə qədər jurnalda 321 məqalə işıq üzü görür.

 

Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarına əsasən Akademiyanın Rəyasət Heyəti jurnalın təsisçisi kimi müəyyən edilir. Jurnalın baş redaktoru akademik Kamal Abdullayev, baş redaktorun müavinləri akademik Möhsün Nağısoylu akademik Muxtar İmanov, məsul katib isə dosent Elçin İbrahimov təyin olunur. Hazırda jurnal mütəmadi şəkildə ildə dörd say olmaqla (mart, iyun, sentyabr, dekabr) Azərbaycan, türk, rus ingilis dillərində məqalələr verilməklə çap edilir.

 

Bu gün jurnal əcnəbi alimlərin xüsusi diqqət mərkəzindədir. Xüsusilə, son 5 il  ərzində  (2015-2020-ci illər) jurnalın 20 sayında  Türkiyənin, Rusiyanın, ABŞ-ın, Almaniyanın, Fransanın, Macarıstanın, Polşanın, Çexiyanın, Orta Asiya respublikalarının, Cənubi Koreyanın, Yaponiyanın, Misirin, İranın, Monqolustanın, Əfqanıstanın təbii ki, Azərbaycanın tanınmış alimlərinin məqalələri çap olunub (Cəmi 192 məqalə). Bunlardan 72-si Türkiyə türkcəsində, 51-i Azərbaycan dilində, 42-si rus dilində, 27-si isə ingilis dilində yayımlanıb.

 

Jurnalın Türkoloji irs, Mədəniyyət incəsənət, Klassik irs - Portretlər, Müzakirə diskussiya, Dilçilik, Türkoloji mərkəzlər, Fəlsəfə tarix, Redaksiyaya məktub, Ədəbiyyat folklor, İqtisadiyyat, Elmi həyat-xronika, Mifologiya, Resenziyalar, Yazılı abidələr, Personalia, Tarix etnoqrafiya, Nekroloqlar kimi daimi rubrikaları var.

 

Bunlardan əlavə, jurnalın Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı "Türkoloji Qurultay - 90", "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı "Henrix Fridrix Fon Dits Kitabi-Dədə Qorqud - 200", Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - 95", Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı "Azərbaycan Xalq Cümhuriyyəti - 100" kimi xüsusi rubrikaları işıq üzü görüb.

 

 

 

Jurnalın yeni istiqamətlərindən biri oxucuya dünyadakı türkoloji mərkəzlər barədə məlumat verməkdir. Məqsəd ondan ibarətdir ki, bir-birindən çox zaman əlaqəsiz şəkildə fəaliyyət göstərən bu mərkəzlər jurnal vasitəsilə müəyyən dərəcədə öz aralarında əlaqələr qura bilsinlər, bir-birindən xəbərdar olsunlar.

 

Jurnalın göndərildiyi xarici universitet, elmi mərkəz təşkilatlar sırasında Türk Dil Qurumu, Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutu, ABŞ Harvard Universiteti, Türk Dünyası Araşdırmları İnstitutu, Beynəlxalq TÜRKSOY təşkilatı, Qazaxıstan Beynəlxalq Türkologiya Akademiyası, Türk Dünyası Araşdırmalar Fondu, Macarıstan Georq Xazai Milli Kitabxanası, ABŞ-ın Miçiqan, Kaliforniya, İllinoys, Kolumbiya, Yale universitetlərinin kitabxanaları, Almaniyanın Bavariya Elmlər Akademiyasının, Berlin-Brandenburq Elmlər Akademiyasının, Martin-Luter Universitetinin əsas kitabxanaları, Fransa Milli Kitabxanası, Polşa Şərqşünaslıq İnstitutu Kitabxanası, Rusiya Dövlət Kitabxanası Sankt-Peterburq Mərkəzi Kitabxanası, eləcə digərləri vardır.

 

Son 5 il ərzində Beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı dünyanın bir sıra nüfuzlu beynəlxalq biblioqrafik indekslərinə düşmüş impakt faktorlu nəşrlər arasına daxil olub. Artıq dünya türkologiyasında nüfuzlu elmi jurnala çevrilən "Türkologiya" jurnalı 2017-ci ildə MLA (Modern Language Association, Nyu-York / ABŞ), SAJI (Scholar Article Journal Index, Amsterdam / Hollandiya), SIS (Scientific Indexing Services, Texas / ABŞ), TEI (Turkish Education İndex, Ankara / Türkiyə), SOBIAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ / Türkiyə), 2018-ci ildə COSMOS (Berlin / Almaniya) nəhayət, 2019-cu ildə EBSCO (ABŞ), 2020-ci ildə isə İNDEX COPERNICUS (Polşa) beynəlxalq indeksləşdirmə sistemlərinin bazasına daxil edilib.

 

"Türkologiya" jurnalı öz nəzdində türkoloji seminarlar təşkil edir. Bu seminarlarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə dünyada aparılan türkoloji tədqiqatların işığında müzakirə edilir. Seminar bu gün fəaliyyətini davam etdirir. Azərbaycanın müxtəlif universitetlərinin "Sabah" qruplarında təhsil alan tələbələr, gənc türkoloqlar tədqiqatçılar seminarın üzvüdür.

 

 

 

Jurnal ilk dəfə PİAC-ın 59-cu Konfrasında akademik Kamal Abdullayev dosent Elçin İbrahimovun "Sovetskaya tyurkologiya"dan "Türkologiya"ya qədər həmmüəllif məruzəsi ilə PİAC (Permanent İnternational Altaistic Conference - Beynəlxalq Davamlı Altayşünaslıq Konfransı) üzvlərinə təqdim edilib (26 iyun-1 iyul 2016 Ərdahan / Türkiyə).

 

Jurnalın xaricdə ilk seminarı Qazi Universitetində baş tutub. Seminar professor Əhməd Bican Ərcilasunun rəhbərliyi jurnalın məsul katibi Elçin İbrahimovun iştirakı ilə keçirilib (9 fevral 2017-ci il, Ankara / Türkiyə). Daha sonralar Özbəkistanda, Tatarıstanda, Qazaxıstanda da bu tipli tədbirlər təşkil olunub.

 

Jurnal bu güntürk dünyası ilə, türkoloji mərkəzlərlə əməkdaşlığını davam etdirir. "Türkologiya" jurnalı vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan "Sovetskaya tyurkologiya"nın elmi və mədəni ənənələrini davam etdirməklə yanaşı, qloballaşma dövrünün tələblərinə uyğun fəaliyyətini də təşkil edir. "Türkologiya" jurnalı türkologiyanı təkcə türkoloqlar üçün deyil, bütün elm sahələrinin nümayəndələri üçün maraqlı və oxunaqlı etməyi qarşısına məqsəd qoyub.

 

 

Elçin İBRAHİMOV

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri

 

525-ci qəzet.- 2020.- 30 dekabr.- S.18.