2020-ci ilin ilk “Ustad”ı

 

 Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat sənət dərgisi olanUstad”ın 33-cü sayı dərc olunub.

Nəşriyyatdan "525"ə verilən məlumata görə, dərginin bu sayında da müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə şeirlər, müsahibələr digər sənət yazıları yer alıb.

Dərgi Şəmil Sadiqin “3 nöqtə”si ilə açılır.

Bundan başqa, jurnalda Müşfiq XanınRəqibdetektiv romanından bir parça verilib. Səbuhi Şahmursoy 33-cü say üçün yazdığıJanrsızlaressesində janrını müəyyən edə bilməyən yazıçılarıqələm atəşinətutur, oxucu müəllif arasında körpülərin yıxılmasının səbəblərini izah edir. İki uşaq atası Nizinin müəmmalı həyatı isə Xanım AnelanınMüəmmalıhekayəsində təqdim olunur.

Bu sayda yer alan resenziya yazısı Ceylan Mumoğlu qələmi ilə Cəlil CavanşirinAzğınromanına həsr olunub.

İlqar İlkininRüstəm Behrudi təlaşı Anar İbrahimovunİnsanın mədəni inkişafının əsas amilləriesseləri jurnalda yer alıb.

Film həvəskarları üçün kino-resenziya da bu sayda dərc edilib. İlona Yezigarovaİdeal pasiyentfilmi haqqında danışıb.

Əvvəli 32-ci sayda verilmiş Dürdanə RamazanlınınSevgi çiçəkləri”, Cəbrayıl ŞirəliyevinSərgüzəşti-əhli cəhənnəm”, C.Mumoğlu tərcüməsində Piter KerininXoşbəxtlikhekayələri 33-cü sayda yer alıb.

DərgininSənətrubrikasındaMüasir rəssamlığın 10 ən qəribə cərəyanıhaqqında S.Şahmursoyun yazısı işıqlandırılıb.

Kventin Tarantinonun Nikol Kidmanın the-talks.com saytına verdiyi müsahibələr Cəlil CavanşirinMənim ən gözəl filmimhələ çəkilmədiyim filmdirdeyən Elməddin Cəfərovla söhbəti dərgininMüsahibərubrikasında təqdim olunub.

“Həmkarları tərəfindən sevilməyən məchul yazıçı” haqqında araşdırma-məqalənin müəllifi Xəyalə Murad, “Kitabi-Dədə Qorqud” dastanında təbiət və insan münasibətləri”nin müəllifi isə Mətanət İsmayılovadır.

Qismət Məsim və Hüseyn Bağıroğlunun müxtəlif məzmunda yazdığı şeirləri “Poeziya” rublikasında verilib.

Bundan əlavə, dərgidə “ÜstAd” uşaq əlavəsində C.Cavanşirin “Ceyla niyə ağlayırdı” hekayəsi, “İtburnu komiksləri”nin yerli yazıçılara həsr olunmuş yeni seriyası və Elməddin Cəfərovla kitab fotosessiyası da yer alıb.

 

Cavid QƏDİR

 

525-ci qəzet.-  2020.- 1 fevral.- S.23.