Xalq yazıçıları AnarÇingiz Abdullayevə "BDU-nun 100 illiyi" medalları təqdim olundu

 

Fevralın 10-da Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb.

AYB.az saytının xəbərinə görə, nazir müavini Bakı Dövlət Universitetinin 100 illik yubileyindən bu münasibətlə təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi" medalından söz açıb.

Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş insanlara, Azərbaycanın nüfuzlu şəxslərinə təqdim edilir.

Xalq yazıçısı Anarın Xalq yazıçısı Çingiz Abdullayevin "Bakı Dövlət Universitetinin 100 illiyi" medalına layiq görüldüyünü bildirən Firudin Qurbanov, onlara nazir Ceyhun Bayramovun təbrikərini çatdırıb. Sonra medallar hər iki Xalq yazıçısına təqdim edilib.

Yazıçılar Birliyinin sədri Anar təltifə diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib.

Xalq yazıçısı Çingiz Abdullayev təltif üçün öz minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.11.