Milli Kitabxanada "Əziz Mirəhmədov - 100" adlı kitab sərgisi

 

Milli Kitabxanada "Əziz Mirəhmədov - 100" adlı kitab sərgisi açılıb.

Fevralın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli ədəbiyyatımızın görkəmli tədqiqatçısı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Əziz Mirəhmədovun anadan olmasının 100 illiyi münasibətilə "Əziz Mirəhmədov - 100" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə ədəbiyyatşünas alimin Azərbaycan rus dillərində müxtəlif illərdə çap olunmuş əsərləri, monoqrafiyaları, elmi redaktoru olduğu, tərtib tərcümə etdiyi, haqqında yazılmış kitablar dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.12.